Tanış OlaqTəqdimat

“Xırdalan iç – Xırdalanda ev qazan” promo-kampaniyasının ikinci qalibinə yeni mənzilin açarları təqdim edildi

Bakıda Carlsberg Azerbaijan şirkətinin təşkil etdiyi “Xırdalan iç – Xırdalanda ev qazan” promo kampaniyası çərçivəsində ikinci mükafatlandırma mərasimi keçirilmişdir.

Carlsberg Azerbaijan şirkətinin Marketinq üzrə direktoru Yana Slivka mənzilin açarlarını yeni sahibi Çingiz Həmidova təqdim etdi. Xatırladaq ki, pivə sevənlərin Xırdalan pivəsinin qapağı altında olan kodu qeydiyyatdan keçirməklə üçüncü mənzilin sahibi olmaq şansı var.

Yana Slivka, Carlsberg Azerbaijan-ın marketin üzrə direktoru: «Biz çox şadıq ki, ikinci mənzilin də qalibi artıq müəyyən edildi. Hal-hazırda mənzil artıq yeni sahibinin adına sənədləşdirilmişdir, və Çingizin artıq yeni mənzilinə baş çəkmək imkanı olub. Xatırladıram ki, istehlakçılarımızın hələ də üçüncü mənzili qazanmaq şansı var».

Mükafatlandırma mərasimindən sonra Çingiz Həmidov zavod üzrə ekskursiyaya çıxaraq sevimli pivənin istehsal prosesini öz gözləri ilə gördü.

Aprelin 1-i başlayan “Xırdalan iç – Xırdalanda ev qazan” promo kampaniyası çərçivəsində Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində 3 təmirli mənzil oynanılır. Uduşda iştirak etmək üçün yetkinlik yaşına çatmış istehlakçılar Xırdalan pivəsini almalı, qapağın altında olan kodu tapmalı və onu www.xirdalanpromo.az promo saytında qeydiyyatdan keçirməlidir.

Üçüncü, yəni sonuncu mənzilin uduşu 2018-ci il sentyabrın 1-də baş tutacaq.

Aksiyada Lotereya nişanı ilə (“Xırdalan iç – Xırdalanda ev qazan!”) aşağıdakı qablaşdırma formatlarında məhsullar iştirak edir: “Xırdalan” şüşə butulka 0,5 l, “Xırdalan” dəmir banka 0,45 l, “Xırdalan” PET 2,0 l, “Xırdalan” PET 1,5 l, “Xırdalan” şüşə butulka 0,44 l, “Xırdalan Export” şüşə butulka 0,44 l.

Aksiyanın şərtləri barədə ətraflı məlumatı məhsulun etiketində və www.xirdalanpromo.az saytında, həmçinin qaynar xətt nömrəsi (012) 404 31 33 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!