Frame LifePR-TanıtımSosialTəqdimat

“Xırdalan iç – Xırdalanda ev qazan!” promoaksiyasının ilk qalibinə yeni mənzilin açarları təqdim edildi

Park Bulvar ticarət və əyləncə mərkəzində Carlsberg Azerbaijan tərəfindən təşkil olunmuş “Xırdalan iç – Xırdalanda ev qazan!” promokampaniyası çərçivəsində ilk mükafatlandırma mərasimi keçirilib.

Mərasim zamanı Carlsberg Azerbaijan-ın Marketinq üzrə direktoru Yana Slivka aksiya çərçivəsində hələ iki mənzilin öz qaliblərini gözlədiyini qeyd edərək, mənzilin açarlarını yeni sahibi Rəşad Quliyevə təqdim etmişdir.

Masallı rayonunda yaşayan Rəşad Quliyev mükafatlandırma mərasimində iştirak etməsi və daha sonra mənzilin adına rəsmiləşdirilməsi üçün xüsusi olaraq Bakıya dəvət edilib: “Mən çox şadam ki, sevimli Xırdalan pivəsi mənə Xırdalanda əv qazanmaq imkanı qazandırdı. Mən yalnız 8 kod qeydiyyatdan keçirmişdim, dostlarım və tanışlarım isə daha çox kod qeydiyyatdan keçirmişdilər. Lakin buna baxmayaraq, mən qalibiyyətə inanırdım və yanılmadım. Hədiyyə üçün çox sağolun, indi mənim Xırdalanda şəxsi evim var!”.

Carlsberg Azerbaijan-ın Marketinq üzrə direktoru Yana Slivka: “Aksiyanı tərtib etdiyimiz zaman biz yalnız Xırdalan flaqman brendinə əlavə diqqət çəkmək deyil, həm də, ən əsası, istehlakçılarımız üçün həqiqətən də əhəmiyyətli bir şey etmək istədik. İnsanların rifahının əsas göstəricilərindən birinin məhz şəxsi daşınmaz əmlakın mövcudluğu olduğunu dərk edərək, əsas mükafat kimi məhz mənzilin üzərində dayandıq. Və bu gün mənzilin açarlarını xoşbəxt qalibə təqdim edərkən, biz işimizin ilk bəhrələrini görürük. Qarşıda isə öz sahiblərini gözləyən iki mənzil var. Şansı buraxmayın, çünki qapağın altındakı hər kod uduşlu ola bilər”.

Beləliklə, 1 aprel tarixində başlamış “Xırdalan iç – Xırdalanda ev qazan!”promokampaniyası çərçivəsində Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində3 təmirli mənzil oynanılır. Uduşda iştirak etmək üçün yetkinlik yaşına çatmış istehlakçılar Xırdalan pivəsini almalı, qapağın altında olan kodu tapmalı və onu www.xirdalanpromo.az promosaytında qeydiyyatdan keçirməlidir.

Mənzilin növbəti uduşu 2018-ci il avqustun 1-də baş tutacaq.

Aksiyada Lotereya nişanı ilə (“Xırdalan iç – Xırdalanda ev qazan!”) aşağıdakı qablaşdırma formatlarında məhsullar iştirak edir: “Xırdalan” şüşə butulka 0,5 l, “Xırdalan” dəmir banka 0,45 l, “Xırdalan” PET 2,0 l, “Xırdalan” PET 1,5 l, “Xırdalan Draft” şüşə butulka 0,44 l, “Xırdalan Export” şüşə butulka 0,44 l.

Kampaniyanın şərtləri barədə ətraflı məlumatı məhsulun etiketində və www.xirdalanpromo.az saytında, həmçinin qaynar xətt nömrəsi (012) 404 31 33 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!