Xırdalan şəhərində kompyuter kurslarının təliminə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyi “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsini uğurla davam etdirir.

Layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə, fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir. Layihə iştirakçılarının təhsil imkanlarının müəyyənləşdirilməsi, bu mövzuda məsləhətlərin təşkili və iştirakçıların düzgün istiqamətləndirilməsi, eləcə də xarici dillərin, layihə yazmaq qaydalarının, kompüter proqramlarının öyrədilməsi məqsədi ilə təlimlərin təşkil edilməsi də nəzərdə tutulub.

Layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyası da layihə çərçivəsində görüləcək işlər siyahısında yer alıb. Layihə çərçivəsində iştirakçıların məğulluq problemlərinin həllinə dair işlər görüləcək, mövcud imkanlar müəyyənləşdirilib, inkişaf etdirilib üzə çıxarılacaq, təhsil problemlərinin həlli yönündə fəaliyyətlər olacaq.

Layihə çərçivəsində QHT Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində kompyuter kurslarının təliminə başlayıb. Tədbirin açılışında İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov layihə haqqında geniş məlumat verib. Tədbirdə kompyuter kurslarının təlim edilməsində Birliyə təşkilatı dəstək olan Abşeron Rayon İcra Hakimiyyətinə təşəkkür bildirilib. Diqqətə çatdırılıb ki, komputer kurslarından sağlamlıq imkanları məhdud şəxslərlə bərabər aztəminatlı ailələrin üzvləri də faydalanacaqlar. Daha sonra iştrakçıları maraqlandıran suallar cavablandırılıb. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: