EventsTəqdimat

“Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar təşkil olunacaq

Cari ilin 25 fevral tarixində, saat 14:00-da Azərbaycan Xalça Muzeyi Şuşa filialı və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçiriləcək.
Xocalı faciəsi tariximizin qan yaddaşıdır. Xocalı istər 1918-ci ildə, istərsə də 1992-ci ildə Azərbaycan ərazisində ən qanlı soyqırıma məruz qalmış, faciə yaşamış bölgələrimizdən biridir. Azərbaycanın qəhrəmanlıq tarixinə açıqlıq gətirən, mədəni irs abidələri olan Xocalı-Gədəbəy mədəniyyəti, Xocalı kurqanları, alban məbədləri, orta əsr türbələri, türk obalarının etnoqrafiyası və həmin bölgənin əhalisinə qarşı ermənilərin bu cür amansız münasibəti Xocalının tarixi ilə bilavasitə bağlıdır. Xocalı tarixinin araşdırılması bu faciənin səbəblərinin öyrənilməsi və unudulmaması üçün vacibdir.
Azərbaycan Xalça Muzeyində keçiriləcək seminarın açılışında “Xocalı vaxtı” filmi nümayiş olunacaq. Daha sonra ADPU Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan tarixi coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova Xocalının maddi- mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxış edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!