Xurma barədə bilmədiyiniz maraqlı faktlar

Xurma palması insanlar tərəfindən qidalanmaq məqsədilə becərilən ilk bitki hesab edilir. Xurmanı əlavə olaraq “həyat giləmeyvəsi”, “səhranın çörəyi” və “həyat anbarı” da adlandırırlar.

Xurma çox möcüzəvi bitkidir. Bir neçə ay boyunca yalnız xurma ilə qidalanmaq mümkündür, çünki onda aktiv həyat tərzi yaşayan insanlar üçün bütün lazımi minerallar, vitaminlər və nutrientlər mövcuddur. Bu giləmeyvə eyni zamanda yer üzündə ən çox sevilən qidalardan biri sayılır.

Aşağıda xurmaların orqanizmimizə olan xeyirləri barədə oxuya bilərsiniz.

1. Xurma ürəyi, qaraciyəri və böyrəkləri möhkəmlədir;

2. Bu giləmeyvə orqanizmdə turşuluq balansını qoruyur;

3. Qanı qidalandırır, anemiya və hipertoniya zamanı faydalıdır;

4. İmmuniteti möhkəmlədir;

5. Bağırsaqlarda faydalı mikrofloranın qorunmasına kömək edir;

6. Ağciyərlər üçün faydalıdır;

7. Öskürəyi sakitləşdirir və bəlğəmi aradan qaldırır;

8. Ürəyin fəaliyyətini stimullaşdırır;

9. Ümumi sakitləşdirici və möhkəmləndirici xüsusiyyətə malikdir;

10. Uzun sürən xəstəliklərdən sonra orqanizmin gücünü bərpa etməkdə kömək edir;

11. Əldən düşdükdə və fiziki yorğunluq zamanı gücü bərpa edir;

12. 1 xurmada təqribən 23 kaloriy olur. Arıqlamaq istəyənlər üçün xurmalar istənilən şirniyyatı uğurla əvəz edə bilər;

13. Yüksək səviyyədə fruktozanın mövcudluğu beyin fəaliyyətini çox gözəl stimullaşdırır;

1 xurma və 1 stəkan süd insanın qidalı maddələrə olan minimal tələbatını tam ödəyə bilər. Xurmada olan 23 amin turşusu başqa meyvələrdə yoxdur;

Xurmadan yeganə olaraq şəkər xəstəliyindən və həddindən artıq piylənmədən əziyyət çəkən insanlar istifadə etməməlidirlər.

Maraqli.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: