“Xüsusi Təyinatlı İbad” bədii filminin ingiliscə subtitrləri hazırlanıb

Təqdimatı hələ ötən il keçirilmiş “Xüsusi Təyinatlı İbad” bədii filminin ingiliscə subtitrləri hazırlanaraq, youtube kanalında yerləşdirilib. Filmin rejissoru Natiq Novruzov deyib ki, bunu etməkdə əsas məqsəd filmin daha geniş tamaşaçı auditoriyasına çatdırılması, həmçinin beynəlxalq səviyyədə təmsil olunması üçün həyata keçirilir.  Hazırda “Xüsusi Təyinatlı İbad 2” bədii filminin çəkilişlərinin yekunlaşdığını deyən rejissorun sözlərinə görə filmin təqdimatı bu ilin payızına planlaşdırılır. Qeyd edək ki, “Xüsusi Təyinatlı İbad 2” bədii filminin quruluşçu rejissoru Natiq Novruzov, ssenari müəllifi Cəlaləddin Qasımovdur.

Film “Azərbaycan bayrağı” ordenli kavaleri İbad Hüseynov və silahdaşlarının düşmənə qarşı apardıqları uğurlu döyüş əməliyyatlarından bəhs edir. kran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırır. Filmdə, həmçinin Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Xalidə Quliyeva, Rəşad Səfərov və başqaları çəkilirlər.

Qeyd edək ki, “Xüsusi Təyinatlı İbad” bədii filmin ingilis dilində subtitrlərinin hazırlanması və beynəlxalq festivalları təqdim edilməsi işi “AzerNewMedia” tərəfindən aparılır.

Filmin linki

https://www.youtube.com/watch?v=eTVMob3RVyE  

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: