CinemaEventsTəqdimatƏn Son

Yalnız Park Cinema IMAX-da MARVEL-in “Doktor Strenc” blokbasterindən 15 dəqiqəlik eksklüziv parça nümayiş olunacaq

Oktyabrın 11-də saat 20:00-da Flame Towers-də yerləşən Park Cinema İMAX kinotearında MARVEL-in yeni “Doktor Strenc” blokbasterindən 15 dəqiqəlik eksklüziv parça nümayiş olunacaq. Nümayiş bütün dünya üzrə İMAX kinoteatrlarında baş tutacaq. Rusiya və MDB ölkələrində eksklüziv video oktyabrın 11-də saat 20:00-da eyni anda 41 kinoteatrda nümayiş etdiriləcək.

Blokbasterin rejissoru Skott Derrikson bildirib ki, 15 dəqiqəlik çarx tamaşaçılara başqa reallığa dalmağı hissə etməyə imkan verəcək. “Mən təkcə kino çəkməyi deyil, kinoya baxmağı da xoşlayıram. Buna görə də mənə “Doktor Strenc” kimi maraqlı macəranı tamaşaçıların mühakiməsinə təqdim etmək, film üzərində işin hələ başa çatmadığına baxmayaraq auditoriyanı personajlarla indidən tanış etmək çox xoşdur. Filmdə İMAX formatında nümayiş üçün xüsusilə montaj olunmuş və xronometraj olaraq bir saatdan artıq davam edən səhnələr olacaq. Tamaşaçılar sözün əsl mənasında başqa reallığa daldıqlarını hiss edəcəklər. Çarxın kinoteatrlarda nümayişini mən özüm də səbirsizliklə gözləyirəm”, – deyə rejissor Skott Derrikson etiraf edir.

Nümayişdə iştirak edəcək qonaqlara “Doktor Strenc” filminin məhdud sayda nəşr olunmuş kolleksion posterləri təqdim olunacaq. Seansların təfərrüatlarını və vaxtını Park Cinema kinoteatrlar şəbəkəsində, eləcə də bilavasitə bu qlobal aksiyanın iştirakçısı olan Azərbaycanda yeganə İMAX formatı təqdim edən Park Cinema İMAX kinoteatrında dəqiqləşdirmək mümkündür.

Bundan əlavə, qeyd edək ki, MARVEL-in “Doktor Strenc” filminin geniş prokata çıxması vaxtı dəyişdirilib: Azərbaycanın bütün kinoteatrlarında geniş prokata film сümə günü, oktyabrın 28-də çıxacaq. Blokbaster ABŞ kinoteatrlarında noyabrın 4-də prokata çıxacaq.

Filmdə keçmişdə uğurlu neyrocərrah olmuş, lakin avtomobil qəzasından sonra həkimlik karyerasının sonu gəlmiş Doktor Strencdin macəralarından bəhs edir. Əlləri hər şeydən üzüldükdən sonra o şəfa tapmaq üçün səyahətə yola düşür və bu zaman məkan və zaman transformasiyası ilə bağlı özündə qeyri-adi bacarıqlar kəşf edir. Artıq o paralel dünyalar arasında əlaqələrindirici halqadır və onun missiyası Yerin sakinlərini müdafiə etmək və hansı sifəti almasından asılı olmayaraq Şərə qarşı mübarizə aparmaqdır.

Macəra ekşn janrında çəkilmiş “Doktor Strenc” filminin rejissoru Skott Derrikson, prodüseri Kevin Fayqidir. İcraçı prodüserlə qismində Viktoriya Alonso, Stiven Brussar, Luis D”Espozito, Alan Fayn, Çarlz Nevirt və Sten Lidir. Filmin ssenari müəllifləri Tomas Din Donnelli, Coşua Oppenheymer, Con Speyts, Stiv Ditkodur. Filmdə baş rolları Benedikt Kamberbetç, Reyçel MakAdams, Tilda Suinton və Çivetel Eciofordur.

Xatırladaq ki, Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda şəbəkə beş kinoteatrla təmsil olunub. Bu, 13 zal və 2200-dən artıq oturacaq yeri olan Park Bulvar, Metropark və Amburan-dakı kinoteatrlar , 2015-ci ildə açılmış 4 zallı 600 yerlik Park Cinema Zaqulba və 1000 yerlik 6 ədəd 3D zallı Park Cinema Flame Towers kinoteatrlarıdır. Ümumilikdə, şəbəkənin 5 meydançası, 23 ekranı və 3500 oturacaq yeri var. Park Cinema Flame Towers kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya regionunda bu formatlı ilk kinoteatrdır. Kinoteatrın bütün kinoteatrlarında dünyanın kinoproyeksiya sahəsində aparıcı brendlərinin avadanlığı quraşdırılıb.

6Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!