Təqdimat

YAP GB-də “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirildi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. O, Layihənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ bəndinə uyğun olaraq həyata keçirildiyini vurğulayaraq, layihə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Azərbaycan Xalça Muzeyinin YAP ilk ərazi təşkilatının sədri, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Layihənin həyata keçirilməsində əsas məqsədimiz Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir.

Daha sonra Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında gənclərə ətraflı məlumat verib. Gənclərə xalça sənətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək, onlara eksponatlar haqqında geniş məlumatlar veriləcək eyni zamanda xalçaçı-rəssam əyani şəkildə milli naxışları çəkməyi, toxucu isə xalçanın toxunma texnikalarını öyrədəcək.

Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!