EventsQalereyaTəqdimat

YARAT “Zamanın İzləri” adlı səyyar sərgini Qusar şəhərində təqdim edəcək

YARAT “Zamanın İzləri” adlı səyyar sərgini Qusar şəhərində təqdim edir. Sərgi film, fotoqrafiya və rəngkarlıq sahələrində çalışan yerli və regionun müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır. Ekspozisiyaya daxil olan əsərlər YARAT-ın daimi kolleksiyasının hissəsidir. Sərgi nəzərdən qaçırılmış və instənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. “Zamanın izləri” adlı sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir.

Azərbaycanın məşhur fotoqrafı Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” foto silsiləsi bizi əhatə edən adi əşyalarda gözəllik axtarıb-tapır. Biz o cür bəsit, gündəlik əşyaları heç sezmirik, lap üstünə baxanda belə görmürük. Sənətkar, tamaşaçıları öz ətraflarını daha çox dəyərləndirməyə, hər şeydən zövq almağa çağırır.

Rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsində gündəlik həyatın adi, önəmsiz hadisələrini əks etdirərək, bəsitliyi poetik ölçüyə gətirib çıxarır. Bunun üçün o, həyatın təsadüfləri barədə düşüncələrini paylaşır və ya buludları seyr edərək onları nəyəsə bənzədir.

Sərgidə Azərbaycan rəssamı Fərid Rəsulovun yaratdığı “Memarlıq dixatomiyası” silsiləsinə daxil olan bir əsəri nümayiş olunur. Həmin silsilədə heykəltəraşlıq əsərləri köhnəni yeni ilə, keçmişi indiki zamanla birləşdirməklə, rəssamın yaşadığı şəhərdə dəyişmə modulunu əyaniləşdirir.

İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti təsvirlərini əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır.

Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” foto silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda üslübünda çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir.

Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” foto silsiləsi, rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.

Sərgidə rəssam Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli nümayiş olunur. Poeziyaya pərəstiş ifa edən və bütpərəstlik toteminə bənzəyən “Poetik heykəl” əsərin üstündə qara ləkələrə bənzəyən heroqliflər yazılıb.

Gənc fotoqraflar nəslinin nümayəndəsi Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi ana bətnindəki dölün qız olduğu müəyyən olunduqda abort qərarının verilməsi halları hədəfə alır. Fotoqraf qadınlara qarşı kəskin gender bərabərsizliyi və ayrıseçkilik barədə, eləcə də Qafqaz mədəniyyətində qədimdən bəri rastlaşan belə halların məyusedici nəticələri barədə məlumatlandırmanı artırmağa çalışır.

Orxan Hüseynovun “Sovetski atelyesi” videosu Bakının keçmiş Sovetski küçəsinə həsr olunub. Sovetlər dönəmində SSRİ-nin bütün şəhərlərində bu adda bir küçə olmalı idi. Rəssam öz video əsərində bu Bakı məhəlləsinin meydana çıxardığı özünəməxsus adət və qaydaları, onların təşkil etdiyi qəribə mədəniyyəti, onun xüsusi bir abı-havasını əks etdirir.

Gənc rəssam Ramal Kazımın əlli rəsmdən ibarət “Adsız” kollajında təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilmişdi.

Ekspozisiyada nümayiş olunan bütün əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.

Açılış:14 aprel 2017-ci il, saat 16:00
Qusar Dövlət Rəsm Qalereyası
Ünvan: Qusar şəhəri, Fəxrəddin Musayev küç., 3.

Sərginin müddəti: 14 aprel – 10 iyul 2017-ci il
Sərginin iş rejimi: Bazar ertəsi – Şənbə,
09:00 – 18:00 (13:00 – 14:00 fasilə)
Giriş sərbəstdir

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!