YARIŞ OTAĞI YENİDƏN HİLTON BAKU OTELİNDƏ

Yarış həyəcanının 3-cü dəfə Bakıya qayıtması ilə hadisələrin mərkəzində yer alan Hilton Baku oteli də ənənəsinə davam edir.

Yeni istifadəyə verilmiş McLaren otağını ilk olaraq 2018 Formula 1 Azərbaycan Qran Prisinin texniki təftiş marşalları ziyarət ediblər. Yarışın marşalları McLaren qarajından əvvəl bu otağa baxış keçirərək həm unudulmaz təəssüratlar yaşayıb, həm də yeni təcrübə qazanıblar.

Texniki təftiş marşalları gündəlik olaraq hər bir bolidi, o cümlədən qəzaya uğramış bolidə də təftiş edərək onun təhlükəsizlik və yarışa uyğunluq tələblərinə cavab verib-vermədiyini müəyyən edir. Yarışdan əvvəl komandaların qarajlarını və həmçinin pilotun yarış zamanı istifadə etdiyi bütün aksesuarları yoxlamadan keçirərək qaydalara uyğun olmasına nəzarət edirlər.

2005-ci ildən etibarən McLaren Formula 1 komandasının tərəfdaşı olan Hilton bu böyük yarışın iştirakçısı olan komandaya “ikinci ev” kimi xidmət göstərir. Təsadüfi deyil ki, 60-ı yarışların keçirildiyi 17 ölkədə olmaqla toplamda 5200-dən artıq oteldən ibarət şəbəkəsi olan Hilton ilə McLaren arasında əməkdaşlıq günü-gündən güclənir.
McLaren komandasına yarışlarda göstərdiyi dəstəyə əlavə olaraq Hilton bu möhtəşəm əməkdaşlığı böyük azarkeş auditoriyası ilə paylaşmaq üçün müxtəlif tədbirlər həyata keçirir.

Ötən ilki uğurun davamı olaraq Hilton Baku oteli bu il də komanda ila birgə McLaren dizaynlı
otaq hazırladı. Otağın stilistikası McLaren pilotları – Stoffel Vandorn və ikiqat dünya çempionu Fernando Alonsodan ilhamlanaraq yaradılıb.

Otaqdan gözəl Bakı şəhərinə və təqvimdəki ən sürətli şəhər trekinə mənzərə açılır.
Bəzədilməsində istifadə olunan dəyərli xatirə əşyaları isə birbaşa McLaren komandasının Böyük Britaniyadakı mənzil-qərargahından gətirilib. Bura komandanın yeni rəngləri və dizaynını özündə əks etdirən pilot geyimləri və dəbilqələr, Pirelli yarış təkərləri və sükan – bir sözlə,  çox az sayda insanın yaxından görə bildiyi, daha azının isə toxuna bildiyi əşyalar aiddir.

McLaren otağı 73 milyondan çox üzvü olan Hilton Honors loyallıq proqramının rəsmi internet səhifəsində hərraca çıxarılıb və qonaqlardan biri 110.000 xallıq ən yüksək təklifi edərək bu unikal otağı icarəyə götürüb. Qaliblər yarış günlərində həm bu xüsusi dizaynlı otaqdan həm də pəncərədən Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərədən zövq ala biləcəklər.

Bu və digər unikal imkanlar, eləcə də Hilton Honors loyallıq proqramının üstünlükləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Hilton Honors-a buradan üzv ola bilərsiniz.

Qeydiyyat sürətlidir, pulsuzdur və çox rahatdır!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: