IdmanTəqdimat

“Çoxmübarizəli İdman Döyüş Növləri” üzrə respublika çempionatı keçirildi

Bakı karate-do akademiyasının prezidenti Vüsal Abdullazadənin təşkilatçılığı ilə ”Çoxmübarizəli idman Döyüş Növləri” üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş açıq respublika çempionatı və birinciliyi keçirildi.

Federasiyanın mətbuat xidməti xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım gününə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbir bayram əhvalda olduğundan, idman mərkəzlərindən birində deyil, “Dəniz” sarayda keçirildi. Keçirilən tədbir möhtəşəmliklə yada qaldı. Möhtəşəm yarışın Dəniz sarayda keçirilməsinə səbəb yüksək bayram-əhval ruhiyəsi, konsert proqramı həmçinin ramazan ayı ilə bağlı qonaqların rahatçılığı idi.

Təşkil olunan yarışın təntənəli açılışında Vüsal Abdullazadə Federasiya rəhbəri Vüqar Muradova məruza etdi, sonra himnimiz səsləndirildi.
350 nəfər idmançı öz güclərini sınadıqdan sonra, tədbirdə iştirak edən rəsmi qonaqlar öz çıxışları ilə idmançılarımza öz xeyir-dualarını verərək onlara uğurlar arzuladılar. Fəxri qonaqlar sırasında millət vəkili Adil Əliyev, qazi Ülfət Hüseyinov və s.iştirak edirdilər.

Yarışda Mərkəzin idmançıları ümümi (bütün versiyalar) medal sayına görə;
Hacızadə Aytac, Babaşlı Məhəmməd, Quliyev Ayxan, Maxsudlu Rza, İbayev İbrahim, Məhərrəmov Cəlal, Nağızadə Ziyəddin, Təhməzli Ali, Əzgərzadə Adil, Rüstəmov Səid, Aslanov Nurlan, Əlizadə İlkin və s .yüksək nəticə göstərərək birinci yerin, İbrahimli Nərmin və Nəzrin bacıları, Hacıyev Əsgər, Mirzəzadə Zaur, Hacıyev Vəli, Yəhyayev İntizam və s. gümüş və bürünc medalları. sahibi olublar.

2-ci yerə sahibi Göyçay komandası

3-cü yeri isə Füzuli-Lələtəpə klubunun idmançıları nail olublar.

2 hissədən ibarət olan tədbirə sevilən ifaçılarımız tədbirə yüksən əhval-ruhiyyə qatdılar.

Yüksək səviyyədə təşkil olunan tədbir qalib olan idmançılarımızın və fəxri qonaqlarmızın tərtif olunması ilə yekunlaşdırıldı.

Federasiya rəsmisi həmçinin bildirmişdirki çempionat əvvəl başqa idman kompleksində planlaşdırılmışdı və idman nazirliyi də köməyini əsirgəməmişdir.
Rəhbərlik müəyyən məqamları nəzərə alaraq yarışın keçirildiyi məkanı dəyişmişdir.
Yarışın keçirildiyi məkan da təmənnasız idmançılara xidmət göstərmişdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!