“YAŞAT” düşərgəsi fərqli yarışları və zəngin proqramı ilə davam edir

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildiriblər ki, düşərgənin üçüncü günündə iştirakçılar üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə yaradıcı intellekt müsabiqəsi – “Mayak yarışı” keçirilib.

Sonra kikboksinq idman növü üzrə 7 qat Avropa və 25 qat dünya çempionu, Əməkdar məşqçi və Əməkdar idman ustası Eduard Məmmədovla görüş keçirilib. Görüşdə həmin idman növü, hücum və müdafiə üzrə döyüş qaydaları barədə məlumat verilib, yarış təşkil edilib.

Günün sonunda konsert proqramı təşkil olunub. Müğənni Rauf Əhmədov bir-birindən fərqli mahnıları ilə düşərgə iştirakçıları qarşısında çıxış edib, onlara xoş anlar yaşadıb.

Düşərgənin 4-cü günündə ilk olaraq psixoloqlarla görüş, ardınca isə maliyyə savadlılığı mövzusu üzrə əyləncəli təlim proqramı təşkil olunub.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “Port of Baku”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Mango”, “Next”, “Ali Nino”, “Oven”, “Civil”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi, logistika dəstəyi Bakı Nəqliyyat Agentliyidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: