Yasamal rayonunun icra başçısı Azərbaycan -Ukrayna beynəlxalq alyansın ordeni ilə təltif olundu

Yasamal rayonunun icra başçısı Elşad Həsənovun, “Azərbaycan -Ukrayna” beynəlxalq alyansın Şərəf ordeni ilə mükafatlandırma mərasimi keçirildi.

Frame.az xəbər verir ki ordeni alyansın sədri Elmar Məmmədov təqdim edib.

Təltif mərasimi zamanı Elmar Məmmədov icra başçısının Yasamal rayonun sakinləri üçün pandemiya dövründə əməyini qeyd edib, onun nə qədər qayğıkeş və məhsuliyyətli olduğunu deyib. Elşad Həsənov tez-tez sakinlərlə görüşüb ,onlarla maarifləndirmə işi aparır, karantin dövründə ehtiyacı olan insanlara öz köməyini əsirgəmirdi.

Xatırladaq ki beynəlxalq alyansın Şərəf ordeni ilə təltif olunanların sırasında Kiyevin Patriarxı Mixail Antonoviç Denisenko, Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu və Taras Şevçenko adına Kiyev universitetinin rektoru Leonid Qubernskiy də vardılar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: