“Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub

Bakıda artıq 2-ci dəfə “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub.

Frame.az xəbər verir ki, “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İmprotex Motors, Garden Shop-un təşkilatı dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir.

Tədbirdə sərgilənmiş mənzərə və natürmort janrlarınnda təbiəti əks etdirən 70 rəsm əsəri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı rəsm əsərinin müəlliflərinə xüsusi diplom və pul mükafatları təqdim edilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: