EventsMüsabiqələrTəqdimat

“Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “ASAN School” könüllülük proqramının “Yaşıl ASAN” təşəbbüsü və “ASAN Könüllüləri” gənclər təşkilatı “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsinə start verir.

Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 100 AZN, II yer – 75 AZN, III yer – 50 AZN).

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.
2. Rəsmlər A3 və A4 formatında olmalıdır. Material – kətan, kağız, karton ağac, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, ebru və monotip, qarışıq texnika.
3. Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.
4. Rəsm işləri ekspozisiya üçün asılmağa hazır vəziyyətdə, çərçivədə təqdim olunmalıdırlar.
5. Rəsmin arxa tərəfində işin adı, işləndiyi texnika, müəllifin adı, familiyası, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.
6. Müsabiqə iştirak etmək istəyənlər 5 oktyabr 2016-cı il tarixindən gec olmayaraq rəsm işlərinin foto şəkilini JPG və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı adramuseum@gmail.com ünvanına göndərəməlidirlər.
7. 10 oktyabr 2016-cı il tarixinədək rəsm işlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi, Bakı şəhəri, H.Əliyev prospekti 26. ünvanına təqdim etmək lazımdır.
Tel: (+994)12566-98-34 Fax: (+994)12566-5637.
www.asanschool.az www.adramuzev.com
8. Münsiflər heyətinin seçimi 11-15 oktyabr tarixlərində aparılacaqdır. Sərginin açılış mərasimi 18 oktyabr 2016-cı il tarixində, saat 12:00-da Azərbaycan Rəssamlıq Akademiyasının qalereyasında baş tutacaq və 3 gün davam edəcək. (Ünvan: Bakı şəhəri, H.Əliyev prospekti 26. ünvanına təqdim etmək lazımdır)
Sərginin hazırlığı və işi prosesinə gənc rəssamların incəsənətini təbliğ etmək məqsədilə 800 könüllü cəlb olunacaqdır.

Müsabiqənin yekunu

1. 50 seçilmiş rəsm işləri www.asanschool.az və www.adramuzey.com.Saytlarında paylaşılacaqdır.

2. Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər. (I yer – 100 AZN, II yer – 75 AZN, III yer – 50 AZN).

3. Sərginin bütün iştirakçılarına Azərbaycan Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən onların sərgidə iştirakını təsdiq edən sənəd təqdim ediləcəkdir.

4. Sərgilənən rəsm əsərlərinin Azərbaycan Rəssamlıq Akademiyasının qaleriyasında və online formada xeyriyyə məqsədiylə satışı həyata keçiriləcəkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!