EventsSərgiTəqdimat

“Yaşıl İncəsənət-2018” rəsm sərgi-müsabiqəsinə start veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü, İmprotex Motors, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Garden Shop-un birgə təşkilatçılığı ilə “Yaşıl İncəsənət-2018” rəsm sərgi-müsabiqəsinə start veriləcək.

Frame.az xəbər verir ki, münsiflər tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər.

“Yaşıl sərgi” rəsm sərgi-müsabiqəsinin məqsədi müasir incəsənətdə mənzərə, natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etməkdir.

Müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin fotoşəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı asanschool.az@gmail.com ünvanına göndərə bilərlər.

Bütün iştirakçılara Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən sərgidə iştirak barədə sənəd təqdim ediləcək.

Sərginin açılış mərasimi 2018-ci il yanvarın 18-də saat 18:00-da keçiriləcək.

Tel: (+994)124447444 (+994) 704080108 www.asanschool.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!