Yaşıl meydançalar yenə coşdu-TƏHLİL-lər

İspaniya La Liqası 21-ci tur.

Barselona öz meydanında çətinlik çəkmədən Atletik Bilbao komandasına 3:0 hesabı ilə qalib gəlib. Heç cürə özünə gələ bilməyən Valensiya bu turu da xalsız başa vurub. Komanda öz meydanında Eybar’a 0:4 hesabı ilə məğlub olub. Madridin Atletiko komandası Fernando Torres’in dublu sayəsində Leqanes’ə 2:0 hesabı ilə qalib gəlib. Sevilya – Vilyareal matçında qolsuz bərabərlik qeydə alındı. Real Sosyedad çətinliklə də olsa öz meydanında Osasuna’ya 3:2 hesabı ilə qalib gəlməyi bacardı. Deportivo – Betis və Selta – Real Madrid qarşılaşmaları pis hava şəraiti səbəbindən təxirə salınıb. Valensiya – Eybar 0:4 Barselona – Atletik Bilbao 3:0 Atletiko Madrid – Leqanes 2:0 Sevilya – Vilyareal 0:0 Sportinq Gixon – Alaves 2:4 Real Sosyedad – Osasuna 3:2 Malaqa – Espanyol 0:1 Qranada – Las Palmas 1:0Almaniya Bundesliqa 19-cu tur.
Turun açılış matçında Hamburq komandası Bayer’ə minimal hesabla qalib gəldi. Karlo Ançelotti’nin komandası bu turda öz meydanında Şalke ilə qarşılaşmada xal itkisinə məruz qaldı 1:1. İkinci pillədə qərarlaşan Leypziq Bavariya’nın xal itkisindən yararlana bilmədi. Komanda Dortmund səfərindən məğlub ayrıldı. Öz meydanında autsayder Darmştadt’a 2:0 hesabı ilə qalib gələn Ayntraxt xallarının sayını 35-ə yüksəltdi. Ötən tur Leypziq səfərində ilk məğlubiyyətini alan Hoffenhaym bu tur Maynts komandası üzərində 4:0 hesabı ilə qələbə qazandı.
Bavariya – Şalke 1:1
Borussiya Dortmund – Leypziq 1:0
Hamburq – Bayer 1:0
Ayntraxt – Darmştadt 2:0
Auqsburq – Verder 3:2
Köln – Volfsburq 1:0
Herta – İnqolştadt 1:0
Hoffenhaym – Maynts 4:0
Borussiya Münhenqladbax – Frayburq 3:0İtaliya A Seriyası 23-cü tur.

A Seriyasının 23-cü turu bir oyunla start götürdü. Bolonya’nın qonağı olan Napoli səfərdən 3 xalla döndü. Turun ən çox maraq doğuran matçı Turin’də baş tutdu. İnter’i qəbul edən Yuventus ilk hissənin son dəqiqələrində Kuadrado’nun uzaq məsafədən vurduğu gözəl qolla hesabı açdı. İkinci hissədə hər iki komandanın fərqlənmək şansı olsada qapılara başqa qol vurulmadı. 1:0 hesabı ilə qələbə qazanan Yuve xallarının sayını 54-ə yüksəldərək liderliyini davam etdirdi. Yuventus’u qarabaqara izləyən Roma öz meydanında Fiorentina komandasını ağır məğlubiyyətə uğratdı 4:0. Milan öz meydanında Sampdoriya komandasına 0:1 hesabı ilə məğlub oldu. Yuventus 54 xalla turnir cədvəlinə başçılq edir, Roma 50 xalla ikinci, aktivində 48 xalı olan Napoli isə üçüncüdür. Bolonya – Napoli 1:7 Roma – Fiorentina 4:0 Peskara – Latsio 2:6 Milan – Sampdoriya 0:1 Empoli – Torino 1:1 Kyevo – Udineze 0:0 Atalanta – Kalyari 2:0 Cenoa – Sassuolo 0:1 Palermo – Krotone 1:0 Yuventus – İnter 1:0İngiltərə Çempionatı 24-cü tur.

Turun açılış qarşılaşmasında lider Çelsi öz meydanında Arsenal komandasına 3:1 hesabI ilə qalib gəldi. Mançester Siti yeni transferi Qabriel Jesus’un dublu sayəsində Suonsi’dən güclü oldu 2:1. Mançester Yunayted səfərdə son İngiltərə çempionu Lester’in qapısından 3 cavabsız top keçirdi. Tottenhem öz meydanında qəbul etdiyi Middlsbro’ya 1:0 hesabı ilə qalib gəldi. Ötən turda Mançester Yunayted’lə səfərdə qolsuz bərabərə qalan Hall Siti bu turda digər iddialı Liverpul’a 2:0 hesabı ilə qalib gəlməklə çempionluq yolunda ağır zərbə endirmiş oldu. Çelsi – Arsenal 3:1 Kristal Pelas – Sanderlend 0:4 Hall Siti – Liverpul 2:0 Everton – Bornmut 6:3 Tottenhem – Middlsbro 1:0 Mançester Siti – Suonsi 2:1 Lester – Mançester Yunayted 0:3 Uatford – Bernli 2:1 Sautgempton – Vest Hem 1:3 Vest Bromviç – Stok Siti 1:0PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: