FutbolIdman

Yaşıl meydançalardan xəbərimiz var

Fransa Çempionatı 3-cü tur.

Tura cümə günü Metz – Monako qarşılaşması ilə start verilib. Görüşün 78-ci dəqiqəsində Falkao’nun vurduğu qol yeganə olub. Bu qələbə sayəsində “Monako” xallarının sayını 9-a yüksəldib. Çempionluq yolunda Monako’nun əsas rəqibi sayılan PSJ-də turu qələbə ilə başa vurub. Tuluza’nı qəbul edən “PSJ” 6:2 hesabı ilə qələbə qazanıb. İlk iki turda xalsız qalan Nittsa” nəhayət qələbə qazana bildi. Öz meydanında Genqam’ı qəbul edən “Nittsa” 2:0 hesabı ilə meydandan qalib ayrılıb. Marsel – Anje matçında qalib müəyyən olunmayıb 1:1. Kaludio Ranyeri’nin çalışdırdığı “Nant” səfərdə minimal hesabla Trua’ya qalib gəlib. Lion – Bordo oyunu məhsuldarlıqla yadda qaldı. Hərəyə 3 dəfə fərqlənən tərəflər 1 xalla razılaşmalı oldular. Renn – Dijon 2:2 Sent-Etyenn – Amyen 3:0 Lill – Kan 0:2 Lion – Bordo 3:3 Marsel – Anje 1:1 Metz – Monako 0:1 Montpelye – Strasburq 1:1 Nittsa – Genqam 2:0 Trua – Nant 0:1 PSJ – Tuluza 6:2

İtaliya Çempionatı 1-ci tur.

Son illər İtaliya A Seriyasında hegemonluq edən “Yuventus” yeni mövsümə qələbə ilə başlayıb. Allianz Stadium’da “Kalyari “ilə qarşılaşan Yuve 3:0 hesabı ilə qələbə qazanıb. Turun mərkəzi qarşılaşmasında Atalanta və Roma komandaları üz-üzə gəlib. Görüşün 31-ci dəqiqəsində Kolarov’un vurduğu qol Roma’ya qələbə gətirib. Ölkə Superkubokunun finalında Yuventus’a qalib gələn “Latsio” debütant Spal’la bacarmayıb 0:0. “İnter” doğma meydanda “Fiorentina” komandasına qalib gəlib 3:0. Verona – Napoli qarşılaşmasında qonaqlar sevinən tərəf olub 1:3. Yeni mövsümdə heyətini gücləndirən “Milan” ilk turda asanlıqla Krotone’ni məğlub edib 0:3. Bolonya – Torino oyunu 1:1 hesabı ilə başa çatıb. Yuventus – Kalyari 3:0 İnter – Fiorentina 3:0 Sassuolo – Cenoa 0:0 Latsio – Spal 0:0 Krotone – Milan 0:3 Atalanta – Roma 0:1 Sampdoriya – Benevento 2:1 Udineze – Kyevo 1:2 Verona – Napoli 1:3 Bolonya – Torino 1:1

Almaniya Çempionatı 1-ci tur.

Yeni mövsümün açılış matçında son illərin dəyişilməz çempionu “Bavariya” doğma meydanda “Bayer” komandasını qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri artıq 9-cu dəqiqədə hesabı açıblar. Yeni transfer Züle komandasını hesabda önə çıxarıb. Buraxılan qoldan cəmi 10 dəqiqə sonra “Bayer” qapısında 2-ci topu görüb. Bu dəfə Tolisso fərqlənib. İkinci hissənin 53-cü dəqiqəsində Levandovski penalti zərbəsini dəqiq yerinə yetirib 3:0. 65-ci dəqiqədə Brandt’dan ötürmə alan Mehmedi fərqi azaldıb 3:1. Lakin Bayer’in bundan artığına gücü çatmayıb. Görüş 3:1 hesabı ilə Bavariya’nın qələbəsi ilə yekunlaşıb. Volfsburq – Borussiya Dortmund matçı qonaq komandanın 0:3 hesablı qələbəsi ilə başa çatıb. Öz meydanında Leypziq’i qəbul edən Şalke 44-cü dəqiqədə Bentaleb’in vurduğu qolla hesabda önə keçib 1:0. 73-cü dəqiqədə Ukraynalı legioner Konoplyanka fərqi 2 topa çatdırıb. Frayburq – Ayntraxt oyunu qolsuz bərabərliklə yekunlaşıb. Bavariya – Bayer 3:1 Volfsburq – Borussiya Dortmund 0:3 Şalke – Leypziq 2:0 Maynts – Hannover 0:1 Frayburq – Ayntraxt 0:0 Herta – Ştutqart 2:0 Hoffenhaym – Verder 1:0 Borussiya Münhenqladbax – Köln 1:0 Hamburq – Auqsburq 1:0

İspaniya Çempionatı 1-ci tur.

Yeni mövsümə cümə günü Leqanes – Alaves qarşılaşmasıı ilə start verilib. Görüşün 24-cü dəqiqəsində Qabriel’in vurduğu qol görüşdə yeganə olub. Valensiya – Las Palmas oyununda da meydan sahibləri qələbə qazanıb 1:0. Son çempion “Real Madrid” səfərdə Depotivo’nun qapısından 3 cavabsız top keçirib. Real’ın əzəli rəqibi “Barselona” komandası da çempionata qələbə ilə başlayıb. Doğma meydanda Betis’i qəbul edən Barsa 2:0 hesablı qələbəyə sevinib. “Atletiko Madrid” səfərdə “Jirona” ilə matçda xal itkisinə məruz qalıb 2:2. Atletik Bibao – Xetafe matçı 0:0 hesabı ilə başa çatıb. Deportivo – Real Madrid 0:3 Barselona – Betis 2:0 Jirona – Atletiko Madrid 2:2 Valensiya – Las Palmas 1:0 Leqanes – Alaves 1:0 Levane – Villyareal 1:0 Sevilya – Espanyol 1:1 Atletik Bilbao – Xetafe 0:0 Sevilya – Espanyol 1:1 Malaqa – Eybar 0:1

İngiltərə Çempionatı 2-ci tur.

İkinci turun açılış matçında səfərdə “Suonsi” komandasının qonağı olan “Mançester Yunayted” rəqibini darmadağın edib 0:4. İlk turda Lester’ə qalib gələn “Arsenal” bu turda səfərdə “Stok Siti” komandasına boyun əyib 1:0. Debütant “Brayton” səfərdə “Lester” komandasına 2:0 hesabı ilə məğlub olub. “Liverpul” öz meydanında “Kristal Pelas” komandasına 1:0 hesabı ilə qalib gəlib. Mançester Siti – Everton qarşılaşması 1:1 hesabı ilə başa çatıb. İlk turda qələbə qazanan “Tottenhem” öz meydanında son çempion Çelsi’yə 1:2 hesabı ilə məğlub olub. Suonsi – Mançester Yunayted 0:4 Stok Siti – Arsenal 1:0 Tottenhem – Çelsi 1:2 Sautgempton – Vest Hem 3:2 Bornmut – Uatford 0:2 Barnli – Ves Bromviç 0:1 Lester – Brayton 2:0 Liverpul – Kristal Pelas 1:0 Haddersfild – Nyukasl 1:0 Mançester Siti – Everton 1:1

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!