Idman

Yaşıl meydanlarda bu həftədə nələr baş verdi?

Almaniya Çempionatı 18-ci tur.

18-ci turun açılış turuna Şalke – Ayntraxt qarşılaşması ilə start verilib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb. Çempionatın lideri Bavariya səfərdə Verder’ə 2:1 hesabı ilə qalib gəlib. Bavariya’nı qarabaqara izləyən Leypziq komandası öz meydanında Hoffenhaym’dan güclü olub 2:1. Maynts – Borussiya Dortmund qarşılaşmasında heç heçə qeydə alınıb 1:1. Bayer doğma meydanda qəbul etdiyi Borussiya Münhenqladbax komandasına 2:3 hesabı ilə məğlub olub. Schalke 04 0 – 1 Eintracht Frankfurt Darmstadt 1 – 6 FC Cologne Ingolstadt 3 – 1 Hamburger SV Leipzig 2 – 1 Hoffenheim Werder Bremen 1 – 2 Bayern Munich Wolfsburg 1 – 2 Augsburg Bayer Leverkusen 2 – 3 Borussia Moenchengladbach Freiburg 2 – 1 Hertha Berlin Mainz 05 1 – 1 Borussia Dortmundİtaliya Çempionatı 22-ci tur.

Çempionatın lideri Yuventus çətinlik çəkmədən səfərdə Sassuolo komandasına 2:0 hesabı ilə qalib gəldi. Yayda rekord məbləgə Yuventus’a transfer olunan İquayn bu dəfə də meydanı qolsuz tərk etmədi. Yuventus’un çempionluq yolunda əsas rəqibi olan Roma bu turu xalsız başa vurub. Komanda səfərdə Sampdoriya komandasına 3:2 hesabı ilə məğlub olub. Son turlar ardıcıl qələbələri sıralayan İnter bu turda da Peskara’dan güclü olub 3:0. Turun ən qollu qarşılaşması Florensiya’da qeydə alınıb. 6 qolun vurulduğu Fiorentina – Genoa qarşılaşmada 3:3 hesablı heç-heçə qeydə alındı. Napoli öz meydanında Palermo ilə matçda gözlənilmədən xal itkisinə məruz qalıb 1:1. Lazio 0 – 1 Chievo Inter 3 – 0 Pescara Torino 1 – 1 Atalanta Cagliari 1 – 1 Bologna Crotone 4 – 1 Empoli Fiorentina 3 – 3 Genoa Sampdoria 3 – 2 Roma Sassuolo 0 – 2 Juventus Udinese 2 – 1 AC Milan SSC Napoli 1 – 1 Palermoİspaniya Çempionatı 20-ci tur.

20-ci turun açılış qarşılaşmasında Osasuna və Malaqa komandaları üz-üzə gəliblər. Oyun 1:1 hesabı ilə başa çatıb. Çempionatın lideri Real Madrid öz meydanında Real Sosyedad komandasına çətinlik çəkmədən qalib gəldi 3:0. Barselona Betis səfərində xal itkisə məruz qaldı. Luiz Suarez’in 90-ci dəqiqədə vurduğu qol Barsa’nı məğlubiyyətdən xilas etdi 1:1. Osasuna 1 – 1 Malaga Villarreal 2 – 0 Granada Alaves 0 – 0 Atletico Madrid Eibar 3 – 1 Deportivo Leganes 0 – 2 Celta Betis 1 – 1 Barcelona Espanyol 3 – 1 Sevilla Athletic Bilbao 2 – 1 Sporting Gijon Real Madrid 3 – 0 Real Sociedad Las Palmas 3 – 1 ValenciaFransa Çempionatı 22-ci tur.

Turun mərkəzi qarşılaşması Paris’də PSJ və Monako komandaları arasında keçirilib. Görüşün 81-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Kavani hesabı açıb. Ruhdan düşməyən Monako son dəqiqələrdə Bernardo Silva’nın uzaq məsafədən vurduğu qolla məğlubiyyətdən xilas olub 1:1. Marsel öz meydanında Monpelye komandasını ağır məğlubiyyətə uğradıb 5:1. Lion öz meydanında Lill komandasına 1:2 hesabı ilə məğlub olub. Marseille 5 – 1 Montpellier Lyon 1 – 2 Lille Angers 2 – 1 Metz Lorient 2 – 3 Dijon Nancy 0 – 2 Bordeaux Rennes 1 – 1 Nantes SC Bastia 1 – 1 Caen Nice 3 – 1 Guingamp Toulouse 0 – 3 Saint-Etienne PSG 1 – 1 Monaco

PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!