IdmanƏyləncə

Yaşıl meydanlarda nələr baş verir?

Almaniya çempionatı 13-cü tur.

TƏHLİL: Turun açılış qarşlıaşmasında Mayts və Bavariya komandaları üz-üzə gəldi. Hesabda 1:0 geridə düşməsinə baxmayaraq Bavariya Levandosvki’nin dublu və Robben’in vurduğu qol sayəsində səfərdən 3 xalla qayıtmağı bacardı. Borussiya Dortmund-Borussiya Münhenqladbax matçında ev sahibi komanda 4:1 hesabı ilə qələbə qazandı. Çempionatın lideri Leyptsiq komandası isə öz meydanında Şalke’dən güclü oldu 2:1. Səfərdə Darmştadt komandasına 2:0 hesabı ilə qalib gələn Hamburq bu mövsüm ilk qələbəsini əldə etdi. Bayer-Frayburq oyununda bərabərlik qeydə alındı 1:1. Hoffenhaym öz meydanında Köln komandasının qapısından 4 cavabsız top keçirtdi. Herta səfərdə çətinliklə Volsburq’a qalib gəldi 3:2. İspaniya La Liqası 14-cü tur.

TƏHLİL: El Calssiko’da qalib müəyyənləşmədi. Oyunun 53-cü dəqiqəsində Luis Suarez’in vurduğu qolla hesabda önə keçməsinə baxmayaraq Barselona qələbə hesabını qoruya bilmədi. Oyuun 90-cı dəqiqəsində Luka Modriç’in cərimə zərbəsindən ötürdüyü topa hamıdan tez çatan Serxio Ramos hesabı bərabərləşdirdi. Bu heç-heçə sayəsində Real Madrid Barselona ilə 6 xallıq fərqi qorumuş oldu. Leqanes-Villareal və Atletiko Madrid-Espanyol qarşılaşmalarında hesab açılmadı 0:0. Valensiya hesabda 2:1 öndə olmasına baxmayaraq son dəqiqələrdə Fornals’ın qoluna əngəl olamayınca Malaqa ilə qarşılaşmada qələbəni əldən verdi. Bilbao’nun Atletiko komandası öz meydanında Eybar’dan güclü oldu 3:1. İtaliya A Seriası 15-ci tur

TƏHLİL: Turun aşılış qarşılaşmasında Napoli və İnter komandaları üz-üzə gəldi. Hesab artıq oyunun 2-ci dəqiqəsində açıldı. Kalyexon’dan ötürmə alan Piotr Zielinski topu Handanoviç’in qapısından keçirtdi 1:0. Erkən qoldan özünə gəlməyə çalışan İnter tezlikə qapısında daha bir qol gördü. Bu dəfə Zielinski’dən ötürmə alan Hamşik fərqləndi 2:0. Rəqibindən hər komponentdə üstün olan Napoli ikinci hissənin əvvəlində daha bir qol vuraraq 3:0 hesabı qələbə qazandı. Qeyd edək bu məğlubiyyət İnter klubunun Stefano Pioli’nin başçılığı altında Serie A-da ilk məlubiyyəti idi. Turun mərkəzi qarşılaşması Latsio-Roma komandaları arasında baş tutdu. Strootman və Nainqqolan’ın ikinci hissədə vurduqları qol Roma’ya qələbə gətirdi. Keçən tur gözlənilmədən Cenoa komandasına məğlub olan Turin’in Yuventus komandası bu dəfə sensasiyaya imka vermədi. Atalanta komandasını qəbul edən Yuve 3:1 hesabı ilə qələbə qazanaraq liderliyi qorudu. Milan öz meydanında Krotone ilə matçda geri düşməsinə baxmayaraq ikinci hissədə Paşaliç və Lapadula’nın vurduqları qollar sayəsində meydandan qalib ayrılmağı bacardı 2:1. Avropa Liqasında təmsilçimiz Qarabağ’ın rəqiblərindən olan Fiorentina bu turu üç xalla qapadı. Babakar’ın oyunun 90-cı dəqiqəsində vurduğu qol Fiorentina’ya Palermo üzərində üç xal gətirdi. Sassuolo öz meydanında qəbul etdiyi Empoli’nin qapısından üç cavabsız top keçirtdi. İngiltərə çempionatı 14-cü tur.

TƏHLİL: Turun mərkəzi oyunu Mançester şəhərində Mançester Siti-Çelsi komandaları arasında baş tutdu. Olduqca gərdin və maraqlı keçən qarşılaşmada qonaq komanda qələbə qazandı 1:3. Bu qələbədən sonra Çelsi liderliyini sürdürdü. Konte’nin komandası hazırda 34 xal toplayaraq ən yaxın izləyicisi olan Arsenal’dan 3 xal öndədir. Tottenhem öz meydanında Suonsi komandasını darmadağın etdi 5:0. Bornmut-Liverpul oyununda 4:3 hesabı ilə ev sahibi komanda qələbə qazandı. Vest Hem komandası isə bu dəfə də azarkeşlərini qələbə üzünə həsrət qoydu. Everton-Mançester Yunayted qarşılaşmasında qalib müəyyən olunmadı 1:1. Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!