Yaşıl meydanlardan ən son xəbərlər

İspaniya Çempionatı 27-ci tur.

Çərşənbə günü UEFA Çempionlar Liqasında PSJ üzərində tarixi qələbə qazanan Barselona gözlənilmədən Deportivo səfərindən xalsız qayıdıb. Real Madrid Barsa’nın məğlubiyyətindən maksimum faydalanaraq yenidən liderliyə yüksəlib. Santyaqo Bernabeu’da Betis’i qəbul edən Real Madrid çətinliklədə olsa qələbə qazanıb 2:1. Atletiko Madrid minimal hesabla Qranada’ya qalib gəlib. Osasuna – Eybar, Sevilya – Leqanes və Valensiya – Sportinq Gijon matçları bərabərə başa çatıb. Valensiya – Sportinq Gijon 1:1 Sevilya – Leqanes 1:1 Osasuna – Eybar 1:1 Real Sosyedad – Atletik Bilbao 0:2 Deportivo – Barselona 2:1 Real Madrid – Betis 2:1 Espanyol – Las Palmas 4:3 Selta – Villyareal 0:1 Malaqa – Alaves 1:2 Qranada – Atletiko Madrid 0:1

İtaliya Çempionatı 28-ci tur.

Turun mərkəzi qarşılaşmasında son illərin dominantı Yuventus öz meydanında Milan’ı qəbul edib. Turin təmsilçisi çətinliklədə olsa bu görüşdən qalib ayrılıb 2:1. Yuventus’u qarabaqara izləyən Roma da turu qələbə ilə başa vurub. Napoli gözlənildiyi kimi Krotone’dən güclü olub 3:0. İnter komandası öz meydanında Atalanta’nı 7:1 hesabı ilə darmadağın edib. Fiorentina yalnız görüşün son dəqiqələrində Kaliniç’in vurduğu qolla Kalyari komandasına qalib gəlməyi bacarıb 1:0. Turun bağlanış qarşılaşmasında Latsio öz meydanında Torino’ya 3:1 hesabı ilə qalib gəlib. Yuventus – Milan 2:1 İnter – Atalanta 7:1 Cenoa – Sampdoriya 0:1 Sassuolo – Bolonya 0:1 Palermo – Roma 0:3 Peskara – Udineze 1:3 Kyevo – Empoli 4:0 Napoli – Krotone 3:0 Fiorentina – Kalyari 1:0 Latsio – Torino 3:1

İngiltərə Çempionatı 27-ci tur.

İngiltərə çempionatının 27-ci turunda cəmi 4 oyun baş tutub. Liverpul öz meydanında qəbul etdiyi Bernli komandasına çətinliklədə olsa qalib gəlməyi bacarıb. Mersisayd’lıların qələbə qoluna Türk əsilli Alman futbolçu Emre Can imza atıb. Everton öz meydanında Vest Bromviç’i 3:0 hesabı ilə məğlub edib. Bornmut komandası Vest Hem’lə qarşılaşmada 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq yekunda 3:2 hesabı ilə qələbə qazanmağı bacarıb. Hall Siti – Suonsi matçında meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib. Liverpul – Bernli 2:1 Hall Siti – Suonsi 2:1 Bornmut – Vest Hem 3:2 Everton – Vest Bromviç 3:0

Almaniya Çempionatı 24-cü tur.

Turun açılış matçında Bayer öz meydanında Verder’lə qarşılaşdı. Görüşün 7-ci dəqiqəsində Kevin Volland meydan sahiblərini hesabda önə keçirdi 1:0. Verder ikinci hissənin sonlarında bərabərlik qolunu vurmağa müvəffəq oldu. Komandanın veteran futbolçusu Klaudio Pizarro fərqlənərək komandasını məğlubiyyətdən xilas etdi 1:1. Lider Bavariya çətinlik çəkmədən Ayntraxt komandasına 3:0 hesabı ilə qalib gəldi. Son turlar ardıcıl xal itkilərinə məruz qalan Leypziq bu turda da azarkeşlərini sevindirə bilmədi. Herta öz meydanında iddialı Borussiya Dortmund’a 2:1 hesabı ilə qalib gəldi. 24 turdan sonra Bavariya 59 xalla birinci, Leypziq 49 xalla ikinci, aktivində 43 xalı olan Borussiya Dortmund isə üçüncüdür. Bavariya – Ayntraxt 3:0 Bayer – Verder 1:1 Leypziq – Volfsburq 0:1 Şalke – Auqsburq 3:0 Herta – Borussiya Dortmund 2:1 Hamburq – Borussiya M 2:1 Darmştatd – Mayntz 2:1 Frayburq – Hoffenhaym 1:1 İnqolştadt – Köln 2:2

PƏRVİN BAYRAMOV.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: