Yatmamışdan qabaq mütləq gözətrafı və kirpiklər sahəsindən makiyajı təmizləyin

Bu, gözətrafı incə sahədə erkən qırışların əmələ gəlməməsi üçün vacib hesab edilən şərtlərdən biridir. Göz sahəsindəki makiyajı xaric etmək üçün, məhz bu sahə üçün nəzərdə tutulmuş təmizləyici vasitədən istifadə edin (heç bir halda üz makiyajının silinməsi üçün nəzərdə tutulan kosmetik süddən istifadə etməyin!).

Məhz gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün nəzərdə tutulmuş xüsusi təmizləyici vasitələr çox yüngül, həmçinin çox intensiv şəkildə təsir edirlər – sizə gözətrafı sahələri sürtüb ovuşdurmaq lazım gəlməyəcək. Təmizləyici vasitəni 2 pambıq diskin üzərinə çəkərək, yumulmuş olan gözlərinizin üzərinə qoyun, 1 dəqiqə keçdikdən sonra yüngül quruducu hərəkətlərlə onları geri götürün. Kirpiklərə sürtülmüş yuyulmayan tuş, yalnız tərkibində yağ olan xüsusi vasitələrlə xaric edilə bilər. Gözətrafı sahələrdən makiyajı xaric etmək üçün pambıqdan istifadə etməyin. Onun lifləri gözünüzə düşərək qıcıqlanmaya səbəb ola bilər. Bu məqsədlə birdəfəlik pampıq disklərdən istifadə etmək daha yaxşıdır.

Əgər siz dekorativ kosmetik vasitələrdən istifadə etmirsinizsə, istənilən halda, bütün üz və gözətrafı sahələri, gün ərzində onun üzərinə yığılmış toz, çirk və s.-dən  təmizləmək lazımdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: