Yay kokteylləri: dadlı və xeyirli

Alkoqolsuz kokteyllər susuzluğu aradan götürməklə yanaşı orqanizminizi vitaminlərlə də zəngilləşdirə bilərlər. Meyvənin və giləmeyvənin bol vaxtında belə kokteyllərin hazırlanmasının tam vaxtıdır. 

Frame.az sizə sağlam və xeyirli kokteylləri hazırlamağın yollarını açıqlayır.

Smuzi: içki və desert

Smuzi həmçinin “fincanda səhər yeməyi” kimi də adlanır. Bu içki ilə səhərləri açmaq çox xeyirlidir.

Smuzini müxtəlif meyvə və giləmeyvələrdən, südlü içkilərdən və hətta tərəvəzlərdən hazırlayırlar. Bu məhsulların tərkibində olan bütün vitamin və mikroelementlər birbaşa sizin fincanda olur. Şirələrdən fərqli olaraq smuzi daha qatı olub, meyvə və tərəvəzlərin qabıqlarını da özündə cəmləyir ki, bir çox mikroelementlər məhz qabıqda olur. Bu səbəbdən smuzi çox xeyirlidir.

Hazırlanması olduqca sadədir, bütün məhsulları blenderdən keçirtmək lazımdır. Daha da qidalandırıcı olsun deyə bal, darçın, qoz, buğda qatmaq olar.

Smuzinin hazırlanma misalı: 150 qr istənilən giləmeyvə və ya onların qarışımı, 1 banan, 1 ç/q bal, 1,5 l alma şirəsi, buz.

Giləmeyvə və bananı blenderdən keçirdin, şirəni və buzu əlavə edin. Hazırdır!!!

Şeyk: meyvəli-südlü dad

Bu şirin soyuq kokteyllər süddən, dondurmadan, buzdan və müxtəlif giləmeyvə və meyvələrdən hazırlanır. Meyvələr evdə qalıb köhnəlib? Atmağa tələsməyin xarab yerlərini kəsin atın və qalan hissələrdən kokteyl hazırlayın. Meyvələr nə qədər çox olsa bir o qədər dadlı və xeyirli kokteyl alınacaq.

Əsas kimi süd, qaymaq və hətta dondurma istifadə etmək olar. Ən xeyirlisi isə şeyki yağsız təbii yoqurtlarla hazırlamaqdır. Məhsullar soyuq olmalıdır ki, şeyk hazırlanan zaman köpük yaransın.

Bunları blenderdə qarışdırdıqdan sonra fincanlarda təqdim edə bilərsiniz. Desert hazırdır!

Bu kokteyllər qidalandırıcı və aşağı kalorili, şirin və turşməzə ola bilərlər. Hər iki halda şeyk xeyirli içkidir.

Südlü-giləmeyvəli şeykin hazırlanması: giləmeyvələr, süd, dondurma və ya yağsız yoqurt. Giləmeyvələri süd, dondurma və ya yağsız yoqurtla blenderdə yaxşıca qarışdırın və fincanlarda təqdim edin. Şeykin üzərinə balaca bir dondurma topu da qoyula bilər.

Limonad: yaşlanmayan klassika

Ən məşhur yay kokteyli limonaddır. Bu içki sizin susuzluğunuzu aradan qaldırmaqla yanaşı orqanizminizi C vitamini ilə də zəngilləşdirəcək. Hazırlanması da olduqca asandır.

Hazırlanması: 3 limon, 100 qr şəkər tozu, su. Limonu doğrayın, şəkər tozu və 100 ml su ilə blenderə yerləşdirin, sonda buz əlavə edin. Başqa bir sadə üsul: limon dilimlərini və şəkər tozunu qaynar suya atın ağzını bağlayıb soyumasını gözləyirin.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: