Yazıçı Ülviyyə Tahirin “Ortaq şəhər” hekayələr kitabının təqdimat və imza günü keçiriləcək

Dünya ədəbiyyatında “kiçik janrın böyük ustaları” anlayışı var. Ülviyyə Tahir də bu “kiçik” janrın uğurlu nümayəndələri sırasındadır. Bu uğurun əsas səbəbi odur ki, onun hekayələri nə coğrafi-milli amillərlə, nə də zamanla çərçivələnib. Onun obrazlarında insan bütün bəşəri yönləri ilə təsvir olunur.

Yazıçının hadisə və insanları yüksək duyum bacarığı sayəsində onun mətnindəki obraz və situasiyalar oxucuya çox doğma təsir bağışlayır. Çünki biz o situasiyaların içində olduğumuz qədər, o obrazlar da bizim öz içimizdə və aramızdadır. Bəlkə, elə ona görədir ki, oxucular onu milli Çexovumuz adlandırırlar.

“Ortaq şəhər” hekayələr kitabında yer alan hekayələrdə yersiz ailə-məişət qayğıları, psixoloji intellektual böhran, meqapolis fonunda çağdaş insanın çarəsizlikləri kimi problemlərə toxunulub.

Kitab “ATV” Kanalı və “Parlaq İmzalar” Nəşriyyatının ortaq layihəsi olan “ATV Kitab” seriyasında nəşr olunub.

İmza mərasimi may ayının 27-si (şənbə) saat 16:00-da AMEA Mərkəzi Elmi Kitabxanada baş tutacaq (Kitabxana BDU-nun əsas girişinin yanında yerləşir).

QEYD: Mərkəzi Elmi Kitabxananın tələbinə əsasən azyaşlı uşaqların gətirilməsinə icazə verilmir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: