Təqdimat

Yazıçı Ziya Səfərbəyov “İstedadlar sorağında”-dır

Bu ilin oktyabr ayının 22-də Ziya Səfərbəyovun “Satel Telecom” şirkətinin dəstəyi ilə təşkil etdiyi “İstedadlar sorağında” adlı yeni layihəsinin təqdimatı baş tutacaqdır.

Bu layihə ilə bağlı tədbir saat 16:00-da Passage restoranında keçiriləcəkdir.

Tədbirin məzmunu və şərtləri haqqında sizlərə bir qədər məlumat vermək istərdik:

– Bu ədəbi tədbir Azərbaycan gəncləri arasında ədəbiyyata marağı olan istedadları aşkara çıxarmaq məqsədi ilə təşkil olunur.

-Tədbir müsabiqə xarakteri daşıyır və iki turdan ibarət olacaqdır;

-Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduqları şer və qısa nəsr əsərlərini (azərbaycan və ya rus dillərində) ziyasafarbekov@gmail.com elektron ünvanına və ya facebook səhifəsinin inboxuna yaza bilərlər.

-İkinci tura keçəcəyiniz halda təqdim edəcəyiniz digər şer və ya nəsr əsərlərini də öncədən yuxarıda qeyd olunan ünvana göndərməlisiniz.

-Aranızdan seçiləcək 25-30 nəfər iştirakçı ilk tura keçmək imkanını əldə edəcək. Qeyd edək ki, göndərdiyiniz əsərləri tədbirdə təqdim etməyə sizlərə 3 dəqiqə vaxt veriləcəkdir və bu səbəbdən də əsərinizin seçimi zamanı bu şərti gözdən qaçırmamağınız xahiş olunur. Eyni zamanda ilk tura keçmənizdən əvvəl müəllifi olduğunuz şer və nəsr əsərləri plagiat sistemi ilə yoxlanılacaqdır.

-İlk mərhələyə seçilən 25-30 nəfər iştirakçının hər biri tədbirdə 3 dəqiqə çərçivəsində öz əsərini təqdim edəcəkdir.

-Qiymətləndirilmə peşəkar münsiflər heyəti və tədbirdə iştirak edəcək izləyicilər tərəfindən həyata keçiriləcəkdir.

-İkinci tura keçid alan 8-10 iştirakçı yenidən 3 dəqiqəlik zaman ərzində artıq digər əsərləri ilə çıxış edəcəklər.

Müəlliflər həm əsərin məzmununa və həmçinin də əsəri təqdim etmə qabiliyyətinə görə qiymətləndiriləcəklər.

-Finalda qalib olan 3 iştirakçı “Satel Telecom” mağazasının təqdim etdiyi dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar:

-1-ci yer: Samsung Galaxy Mobil Telefonu

-2-ci yer: Lenovo Tab

-3-cü yer: Power Bank 

Tədbirdə KİV işçiləri və digər media nümayəndələri də iştirak edəcəklər. Öz dostlarınızı, əhatənizdə olan və bu müsabiqədə iştirak etmək istəyən bütün yaxınlarınızı işarələməyi unutmayın. İştirak etmək istəyənlərdən əlavə maraq göstərən bütün gəncləri tədbirə gəlməyə və gənc istedadlara dəstək olmağa çağırırıq.

Qeydiyyatın son günü 15 oktyabrdır. Tədbirə yalnız Ziya Səfərbəyovun oxucularını deyil, bütün hər kəsi iştirak etməyə və eyni zamanda bu xəbəri paylaşmağa dəvət edirik!

*P.S: Yaş məhdudiyyəti 15-27 yaş arasıdır. Ünvan: Daxili İşlər Nazirliyinin arxası, Passage restoranı.
Əsərlərinizi göndərdiyiniz zaman ad (təxəllüs), familiya, yaş, əlaqə nömrəsi və elektron ünvanınızı qeyd etməyi umutmayın.

Bütün sual və istəklərinizlə bağlı bu telefon nömrəsinə müraciət edə bilərsiniz: 050 200 60 90

Hər kəsə təşəkkür edir və fəal olmağa çağırırıq!

Frame.az

Ülviyyə Ədalətqızı

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!