EventsTəqdimat

“Yeni il gəlir, xoş gəlir” adlı yeni interaktiv, əyləncəli və musiqili şənlik keçirilib

2-3 Yanvar 2018-ci il tarixlərdə Heydər Əliyev Sarayında uşaqlar üçün, “Yeni il gəlir, xoş gəlir” adlı yeni interaktiv, əyləncəli və musiqili şənlik keçirildi.
Yeni ilin ən sevilən personajları olan Şaxta Baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə oldu, onları mahnılar, oyunlar, milli və muasir rəqslər ilə sevindirdi və onlarla birgə əyləndilər.

İlk dəfə təqdim olunan Veniamin şou proqramı uşaqların əyləncəsinə əlavə rəng qatdı.Azyaşlı tamaşaçılara təqdim olunan bayram proqramının musiqili qonaqları da oldu. Estrada ifaçıları Sadiq Məmmədov, Nicat Cəfərzadə, Dəniz Abbasova, Akif Süleymanbəyli (saksafon), Əhməd Mustafayev, Fərid Quliyevin çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş etdi.

Sonda Respublikanın Xalq artisti Faiq Ağayevin çıxışı və təbriki Yeni il şənliyini uşaqlar üçün daha maraqlı və yaddaqalan etdi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!