Yenidən sevməkdən usanmayın

Hər hansı bir hadisə baş verəcəksə, verəcək. Siz giley-güzar etməkdən, deyinməkdən əl çəkib gülümsəyərək həyatınızı qiymətləndirdiyiniz anda güclü olursunuz. Hər bir mübarizədə gizlənmiş xeyiri görə bilməyiniz üçün qəlbinizi və zəkanızı açmalısınız. Siz hər hansı bir hadisəni baş verməyə vadar edə bilməzsiniz. Siz yalnız buna cəhd edə bilərsiniz. Müəyyən bir anda siz hər şeyi boş buraxıb baş verməli olan şeylərin gerçəkləşməsinə imkan yaratmalısınız. Həyatınızı sevin, intuisiyanıza güvənin, risk edin, xoşbəxtliyi itirin və yenidən tapın, təcrübə ilə öyrənin. Bu uzun bir səyahətdir. Siz narahat olmaqdan, suallar verərək şübhəyə düşməkdən çəkinməlisiniz. Həyatınızın hər anından zövq alın. Siz hara getməli olduğunuzu bilməyə bilərsiniz, lakin sonda o yerə gedib çatacaqsınız.

Sadəcə hərəkət etməkdə davam edin. Kefinizin pozulacağına görə narahat olmayın. Yenidən sevməkdən usanmayın. Qəlbinizdəki çatların çapıqlara çevrilməsinə imkan yaratmayın. Gücün hər gün artmasına əmin olun. Mərdliyin nə qədər gözəl olduğunu anlayın. Qəlbinizdə digərlərini gülümsəməyə vadar edən səbəbi tapın. Həyatınızda çox insandan asılı olmadığınız dərk edin və buna görə çox dost qazanmağa can atmayın. Çətin anlarda güclü olun. Unutmayın ki, kainat hər zaman doğru olanı edir. Səhv düşündüyünüzdə bunu dərk edərək səhvinizi boynunuza alın və bundan həyat dərsi alın. Hər zaman arxaya boylanaraq nələrə nail olduğunuzu görün və özünüzlə fəxr edin. İstəməsəniz, heç kim üçün özünüzü dəyişdirməyin. Daha çox çalışın. Sadə həyat yaşayın. Və hər zaman hərəkətdə olun.

Maraqlı.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: