MusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yeni nəsil dəvət edir” adlı layihə uğurla davam edir

Noyabrın 6- da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakultəsinin “Estrada sənəti” və “Muğam sənəti” kafedralarının tələbələrinin “Yada düşər xatirələr” adlı  konserti keçirildi.
Azərbaycan bəstəkarlarının mahnı və romaslarından ibarət konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  həyata keçirilmişdi.
Konsertdə tələbələrin ifasında E.İbrahimovanın “Daha məndə dözüm yox”, “Ey vətən”, A.Səmədzadənin “Bu dünyanı nağıl bilək”, E.Sabitoğlunun “Neyləyim”, ”Sən mənim deyilsən”, T.Quliyevin “Yol  ayrıcında”, ”Ey sevincim Bakı”, “Kimsən sən”, X.Mirzəzadənin “Yadındamı”,“Sırqamın qaşı”, Ə.Abbasovun “Heyran olmuşam”, İ.Babayevanın “O gözlər”, S.Əliyevanın “Qayıt əzizim”,V.Adıgözəlovun “Qərənfil”, ”Şuşam lay-lay”, P.Bülbüloğlunun “Gəl ey səhər” mahnıları səsləndi.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Sonda konsertin  bədii rəhbəri “Estrada sənəti”  kafedrasının müdiri Məryəm Babayeva konsertin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdi.
Beynəlxalq Muğam Mərkəzində konsertlər və möhtəşəm layihələr davam edir.
Noyabrın 7-də  saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində AMEA- nın Folklor İnistitutu ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycanın эməkdar artisti Nuriyyə Hüseynovanın “Bura Vətəndir” adlı konserti keçiriləcək.

Biletləri  şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!