CinemaTəqdimatƏyləncə

“Yesterday”in premyerasında canlı konsert

Dünən “Park Cinema Metropark”da keçirilən “Yesterday” filminin press-nümayişində “Park Cinema” qonaqlara əsl konsert təklif etdi. Tədbirin təşkilatçıları konsert zonasını ticarət mərkəzinin fut kortunun qonaqlarından ayırmadılar, buna görə də “Metroparkın” sonuncu mərtəbəsində həmin axşam olan hər kəs Orxan Musayev və “Medirian” qrupunun ifasında, “Bitlz” nəğmələri altında rəqs etmək imkanı qazanmışdı.

Park Cinema üçün premyeradan qabaq canlı konsertin keçirilməsi ilk haldır. Başqa cür ola da bilməzdi, çünki filmin özü Londondan olan sadə küçə müğənnidən bəhs edir. O, yoldan ötüb keçənlər üçün oxuyaraq, pul qazanırdı, amma bir saatın içində Liverpul “dördlüyü”nün məşhur hitlərini oxumaqla məşhurlaşdı. Məlum oldu ki, ondan savayı dünyada heç kim belə “Bitlz”i xatırlamır, buna görə də “Yesterday”, “Let İt Be”, “All My Loving”, “Long Tall Sally” və “Hey Jude” mahnıları ona dünya şöhrəti gətirdi.

Film tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Bir çox tamaşaçılar az qalmışdı ki, nümayiş vaxtı zümzümə etsinlər, film xüsusilə yaşlı nəsilin ürəyindən xəbərə verirdi.  Buna görə də əgər valideynlərinizə hədiyyə etmək istəyirsinizsə, onları uşaqlıq (yeniyetmə, gənclik) illərinə səyahəti hədiyyə etmək üçün ən düzgün seçim  “Yesterday”dir. 19 sentyabrdan etibarən film “Park Cinema” Kinoteatrlar Şəbəkəsində nümayişdə olacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!