CinemaMaraqlıTəqdimat

Yol kənarı

 

http://https://www.youtube.com/watch?v=RBHMzQ-fXMc

Yol kənarı – həmin o yol kənarı ki, hər gün, istər piyada, istərsə də nəqliyyat vasitəsilə yol ilə gedərkən kənarda qalan yolun bir hissəsi olmasına baxmayaraq, həmişə gözdən qıraqda qalır. Müəllifi olduğum bu qısa filmdə isə yolun kənarında kimsəsiz bir insanın yaşadığı uğursuz həyatına oxşar həyat yaşamaq üzrə olan gəncin həyatını xilas etməsidir, baxmayaraq ki, sonda öz həyatı sona yaxınlaşdı.

Rejissoru, ssenarisi, montajı, quruluşçu operator və nəhayət, fondakı səsləndirməni öz üzərimə götürüb, belə bir iş ortaya çıxartdım. Bu sahədə ikinci işim olsa da, 20 dəqiqəlik vaxt və böyük kollektivlə işləmək, baxımından birinci işim idi. Ərsəyə gətirdiyim sosial tipli bu qısa filmim, güman edirəm, auditoriya tərəfinndən müsbət qarşılanacaq və ən əsası ibrətamiz bir film kimi yaddaşlara həkk olunacaq.

Qısa filmin əsas mövzusu, gəncləri qumar və bu tipli oyunlardan uzaqlaşdırmaqdır. Filmin baş qəhrəmanı Azad, vaxtilə Vüsalə adlı bir hiyləgər xanımla tanış olduqdan sonra, ailəsindən uzaqlaşıb, onunla həyatına davam edir. Vüsalə isə, dostu olan qumarxana sahibi – Pərviz ilə sövdələşərək, Azadın qumarda uduzdurub, onun var dövlətini mənimsəyirlər. Azad keçmişindən məlumatlanan gənc yaşlarında qumara qurşanan Ruziyə isə bütün bunlar dərs olur və Azadın həyatını təkrarlamadan, öz yoluna, öz evinə dönür.

Anar Qasımov.

Krenvan Studio
Frame.az 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!