FestivallarIqtisadiyyatMobil dünyaTəqdimatTəqdimatƏn SonƏn Son

Yubiley “Bakutel” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi

2 dekabr 2019-cu il tarixində, saat 11:00-da “Hilton Baku” mehmanxanasında Yubiley “Bakutel” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında cənab Elmir Vəlizadə – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini, cənab Edvard Stron – “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru, cənab Tural Kərimli – İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, xanım Nigar Şıxlinskaya – “Azercell Telekom MMC”-nin Korporativ Ünsiyyət rəhbəri, xanım Fazilə Nəhmətova – layihə rəhbəri iştirak ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu.

Mətbuat konfransında 33 KİV nümayəndələri iştirak etmişdi, onların arasında: APA Group, Frame.az, SalamNews, Report IA, AzTv, Arb Tv, CBC TV, Real TV, Ses TV və s.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!