Yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb və qar örtüyü əmələ gəlib.

Departamentdən Frame.az-a bildiriblər ki, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 santimetrə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7°, yüksək dağlıq ərazilərdə 10-13° şaxta təşkil edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: