“Yüksək ideyalar yolunda“ adlı sərginin açılışı olacaq

Yanvarın 14-də “İrşad” oteldə görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərginin açılışı olacaq. Sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş etdiriləcək.

Bildirək ki, S.Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələrilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb.

Onun yaradıcılığı çağdaş rəssamlığın uğurlu örnəkləridir. Rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın açımına xidmət edir. Onun əsərləri üçün fəlsəfilk, məntiqilik və yüksək bədiilik xarakterikdir.

Sərginin açılışı saat 17:00-da baş tutacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: