Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “AstroLabs” akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Frame.az-a bildirilib ki, Memorandum çərçivəsində birgə tədbirlərin keçirilməsi və Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarla görüşlərinin təşkil edilməsi yönümdə işlər görüləcək, startaplar yeni bazarlara çıxmaq imkanları yarada biləcəklər.

Eyni zamanda, memorandum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: