SəyahətTurizmTəqdimat

Yunanıstan iyunun 15-dən başlayaraq 29 ölkədən gələn turistlər üçün sərhədlərini açır

Yunanıstan iyunun 15-dən başlayaraq turistlər üçün sərhədlərini açacaq.

Ölkəyə yalnız 29 ölkədən gələn turistlər daxil ola bilər. Turistləri Afina və Saloniki beynəlxalq hava limanları qəbul edəcək.

Beləliklə, iyunun 15-dən Albaniya, Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Çin, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Almaniya, Macarıstan, İsrail, Yaponiya, Latviya, Litva, Livan, Malta, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Cənubi Koreya, İsveçrə və Finlandiyadan gələn vətəndaşlar ölkəyə daxil ola bilər. Siyahının iyulun 1-dən genişlənməsi gözlənilir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!