Zərif italyan deserti

Tiramisu İtaliyanın ən məşhur və ləzzətli desertlərindəndir!

Zərif və yüngül dada malik olan bu şirniyyat həm də çox asan hazırlanır. Yay günlərində isə əsl tapıntıdır! Gəlin birlikdə hazırlayaq və ailəmizi dadlı desert ilə sevindirək!

Tərkibi:
4 yumurta, 100 q şəkər tozu, 500 q maskarpone pendiri, 250 q savoyardi (təxminən 34 ədəd), 350 ml qəhvə (əriyən və ya bişirilmiş), kakao 2-3 x.q., şərab (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə) və ya sirop.

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın. Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın. Savoyardiləri soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın. Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz. Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin. Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.Süfrəyə verərkən üzərinə kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.
Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: