Zərif Qadın Klubu 1 Yaşında-FOTO-lar

Son illər Azərbaycanda xanımlara olan qayğı və diqqət artmaqdadır. Demək olar ki, hər gün hansısa sosial tədbirlər, müxtəlif görüşlər keçirilir. Nəinki Azərbaycan xanımı, bütün dünya xanımlarının haqqlarının qorunması istiqamətində faydalı, sosial yöntəmli işlər aparılır.

Zərif Qadın Klubu- da məhz bu meyarlara əsasən yaradılmışdır. Klubun əsas məqsədi xanımları gündəlik qayğılardan az da olsa uzaqlaşdırmaq üçün sosiallaşdırmaq, faydalı məsləhətlər vermək, hədiyyələr, bonuslar, güzəştlər təqdim etmək, uğurlu xanımlarla görüşdürməkdir. Ən əsası isə klub bütün bunları ödənişsiz olaraq həyata keçirir.

Dekabrın 24-də klubun bir yaşı tamam oldu. Bu bir il ərzində müxtəlif faydalı görüşlər təşkil edildi. Klub üzvləri birlikdə sağlam qidalanmağı, zumba rəqslərinin sirlərini, balın faydalarını öyrənməklə yanaşı, bir neçə uşaq evində, qocalar evində oldular, hətta müqəddəs Ramazan ayında birlikdə iftar da açdılar.

Frame.az olaraq Zərif Qadın Klubu-nun bir yaşını təbrik edir, klubun təsisçiləri Sərvin və Zəhra xanıma daha da böyük nailiyyətlər, uğurlar arzu edirik.

Klub bir yaşını ən aktiv və fəal üzvləri ilə birlikdə qeyd etdi. Tədbirdən fotoları sizlərə təqdim edirik. Fotolar  Narmin Jafarzadeh-yə məxsusdur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: