Zaman haqqında bilmədiyimiz 10 maraqlı fakt

Çinin bütün ərazisində saat qurşaqlarından asılı olmayaraq eyni saat mövcuddur.

Bizim üçün gələcək qabaqda, keçmiş isə arxada yerləşir. Aymara xalqının dilində isə bu tam tərsinədir -keçmiş sözü gələcək məasını verir.

1958-ci ilədək Novosibirskdə Ob çayının sahillərində müxtəlif saat qurşaqları mövcud idi.

Şimal və Cənub qütblərində meridianlar bir nöqtədə birləşir və bu nöqtədə heç bir saat qurşağı əsas deyil. Orada adətən Qrinviç üzrə dünya saatı fəaliyyət göstərir.

XIX əsrədək dünyada saat qurşaqları mövcud deyildi və hər yerdə satı Günəşə görə təyin edirdilər.

Amerikada və Avropanın bir çox ölkələrində ilin fəsilləri adi təqvimə görə deyil astronomik olaraq dəyişir. Məsələn, yay 21 iyunda başlayır.

1873-cü ilədək Yaponiyada gün iki yerə bölünürdü, gün batandan gün doğanadək və gün doğandan gün batanadək.

2015-ci il iyun ayının son günü 1 saniyə artırılıb. 23:59:59-dan sonra 00:00:00 yerinə 23:59:60 olub.

Tarixdə ən qısa müharibə 38 dəqiqə sürüb. Bu İngiltərə və Zənzibar sultanlığı arasında 27 avqust 1896-cı ildə baş verib və İngiltərənin qələbəsi ilə sona çatıb.

Roma rəqəmləri olan siferblatlarda 4 saat həmişə IV yerinə IIII olaraq göstərilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: