CinemaMaraqlıTəqdimat

Zaur Darabzadə Azərbaycan dilini inkişaf etdirmək və hörmətlə yanaşmağı təşviq edir

Bu yaxınlarda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin feysbuk səhifəsində maraqlı paylaşıma rast gəldik. Paylaşım peşəkar Cinemazadeh studiyasının Azərbaycan dilində dublyaj olunmuş məşhur prodüser olan Martin Skorsezenin “Pazman Şeytanı”(Qan bahasına) filmi haqqında idi.

Zaur Darabzadə həmçinin Azərbaycanda kino sənayəsinin inkişafında aktiv rol oynamağı, Azərbaycan dilini inkişaf etdirmək və hörmətlə yanaşmağı təşviq edirdi.

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi 2016-cı ildən Cinemazadeh dublyaj studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş “Hamıya qarşi”, “İsra və sehirli kitab”, “Qonşu”, “Amerika Pastoralı” və “Bəd Santa” kimi filmlərin nümayişinə başlayıb. Dublyaj olunmuş filmlərə maraq həddindən artıq çoxdur və tamaşaçılar hətta bu filmlərin sayının az olmasından gileylənirlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!