ZBook Studio — Hewlett-Packard tərəfindən güclü iş kompüteri

Sizə adi noutbuk deyil daha güclü iş kompüteri lazımdır? HP firması bu vəzifə üçün əlverişli model təqdim edir. 15.6 düymlük ekrana malik bu yeni cihazın adı ZBook Studio-dur.

Ekran formatı komplektasiyadan asılıdır və 2 variantda istehsal edilir – Full HD və 4K. Sonuncu variantda istifadəçi 3840-ın 2160 pikselə icazəsi olan ekrana sahib olur.

Bu güclü kompüterə 32 QB-a qədər operativ yaddaş quraşdırmaq mümkündür. Prosessor rolunda Intel çiplərindən seçimə uyğun olaraq ya Core i7 və yaxud Xeon quraşdırılır ki, bunlarda da sonuncu server komöüterlərində geniş istifadə edilir.

Bu sadalananlar qrafik göstəricilərə birbaşa təsir edir. Video gücləndiricilər Intel HD Graphics 530 və ya Iris Pro Graphics P580 olaraq təqdim edilir. Daha güclü karta tələbatı olanlar üçün isə 2 QB GDDR5 operativ yaddaşlı NVIDIA Quadro M1000M çipi quraşdırılır.

Sadalananlardan əlavə, kompüterin arsenalına 720p dəstəkli web kamera, Bluetooth 4.0 dəstəyi, Gigabit Ethernet, 2 Thunderbolt portu, SD kard oxuyucu, Wi-Fi 802.11ac, Bang & Olufsen səs sistemi, 2 USB 3.0 girişi, habelə hərəsi 1 TB olmaqla 2 ədəd HP Z Turbo Drive G2 yaddaş diski (top versiyada) daxildir.

Klaviaturanın arxa işıqlandırması var. Bu güclü kompüterin 2 kq-a yaxın çəkisi var. Satışlar bu ilin dekabr ayından start götürəcək. Qiyməti $1699 təşkil edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: