“Zima” Uşaq Estrada Musiqisi Festivalının iştirakçılarından Yeni il hədiyyəsi – FOTO

Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə uşaqlar üçün yanvarın 2-3-4-də “Qar dənəcikləri” adlı uşaqlar üçün musiqili-əyləncəli Yeni il şənlikləri təqdim olunacaq.

Nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcəklər. Və əsas sürpriz – “Zima” Uşaq Estrada Musiqisi Festivalının iştirakçılarından Yeni il hədiyyəsi!

Saat 13:00 -da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 5-15 manat təşkil edir.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: