Zombilər yeni “CinemaPlus”a basqın etdi

Yenilənmiş “CinemaPlus 28 Mall” premium kinoteatrında “Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olunub.

Şou-biznesin ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və böyük təşkilatın rəhbərlərigecəboyu əyləniblər. Onlar DJ, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilərin əhatəsində xoş anlar yaşayıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraflar da olub.

Şou proqramın özü musiqi tərtibatlı, zombilərdən və qonaqları əyləncəli karikaturaları ilə əyləndirən rəssamdan ibarət idi.

Film üslubunda bəzədilən kinoteatrda qonaqlarla birgə əyləncəli anlar yaşanıb. Tezliklə baş tutacaq Helloween bayramına aid dekorlar da kinoteatrda yer alıb.

İkinci film izləyiciyə yeni bir obraz göstərəcək. Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, indi isə qəhrəmandır.

Filmin rejisoru: Ruben Fleyşerdir. Baş rollarda Cessi Eyzenberq, Vudi Harrelson, Emma Stoun, Abigail Breslin, Rozario Douson, Zoi Doyç, Bill Mürrey, Den Aykroyd, LyukUilson və Evan Coqia.

Tədbirində təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Made.az”, “Say Say events” dekor şirkəti, “Light in Black”, karikaturaçı Eyvaz Soltanlı, “Harmony Dance Studio by Farid Mehdiyev”, “Kolorit” kafesi, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: