“Əl-Cəzirə” Media İnstitutunun ekspertləri “ASAN xidmət”də

“Əl-Cəzirə” Media İnstitutunun ekspertlər qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN Radio”da baş tutan görüşdə qonaqlara radionun yaradılması məqsədləri, həyata keçirilən layihələr və əldə edilən uğurla barədə ətraflı məlumat verilib. “Əl-Cəzirə” nümayəndələri “ASAN Radio” ilə tərəfdaşlıq əlaqələrinin qurulması niyyətini ifadə ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu barədə təqdimat edilib. Vurğulanıb ki, Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin qonaqlar “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: