Əlilliyi olan şəxslər üçün adaptiv geyim kolleksiyasının təqdimatı olacaq

İyulun 13-də “Kekalove Adaptive” startapının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin dəstəyi, həmçinin “JW Marriott Absheron” otelinin ev sahibliyi ilə ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının təqdimatı keçiriləcək.

Frame.az xəbər verir ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını, adaptiv geyimləri nümayiş etdirmək, eyni zamanda, əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.

Qeyd edək ki, moda şou Kekalove Adaptive startapının bu qəbildən sayca üçüncü tədbiridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: