Site icon Frame.az

“Əlliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai birliyinin xeyriyyə tədbiri baş tutdu.

Dekabrın 1-də Niagara restoranında “Əlliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” ictimai birliyinin xeyriyyə tədbiri keçirildi.

Təşkilatın sədri Paraolimpiyaçı, taekvando üzrə 3 qat Dünya və Avropa çempionu, idman ustası Aynur xanım Məmmədova tədbiri Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan etdi.

Tədbir boyu bir sıra musiqili qonaqlar, idmançılar və media nümayəndələrinin çıxışları oldu.

Qeyd edək ki, “Fiziki məhdudiyyətli şəxslərin idmana inteqrasiyası” ictimai birliyi 29.06.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. İctimai birliyin əsas məqsədi əlilliyi olan uşaqları, yeniyetmə və gəncləri cəmiyyətimizə üzv edib idman sahəsinə yönəltmək, onların sağlam cəmiyyətə inteqrasiya etməsinə və beynəlxalq yarışlarda uğur əldə edərək bayrağımızı yüksəklərə qaldırmasına nail olmaqdır.

Tədbir məhz 3 dekabr “Beynəlxalq əlilliyi olan şəxslər” günü və ictimai birliyin təqdim olunması məqsədi ilə keçirildi. Biz Frame.az olaraq ictimai birliyin sədri Aynur xanıma daima müvəffəqiyyətlər arzu edirik. 

Exit mobile version