IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Əmək münasibətlərinin monitorinqi mərkəzi səyyar görüşləri davam etdirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək münasibətlərinin monitorinqi mərkəzi tərəfindən tikinti obyektlərində işəgötürənlərlə görüşlər davam etdirilir. Cari il ərzində 45 tikinti obyektində maarifləndirici görüş keçirilmiş, əmək münasibətlərinin tənzimlənməsilə bağlı qanunvericiliyin tələbləri nəzərə çatdırılmışdır. Həmçinin müvafiq sahə ilə bağlı təkliflər dinlənilmişdir.

Əmək münasibətlərinin monitorinqi mərkəzi bir daha bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək müqaviləsi əmək bildirişləri sistemində hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır.

Maarifləndirici görüşlərlə yanaşı monitorinqlər də davam etdirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!