Ən yüksək səviyyədə müdafiə: Kaspersky təhlükəsizliyi “Burc Xəlifə”-nin zirvəsinə qaldırır

Oktyabrın 12-də axşam saatlarında Kaspersky Lab dünyanın ən hündür binası olan Dubaydakı “Bürc Xəlifə”-də (828 metr) LED şou formatında rəqəmsal təqdimat keçirib. Möhtəşəm göydələn şirkətin texnoloji liderliyini sərgiləmək üçün seçilib. Dünyanın ən innovativ binasının üzərində nümayiş Kaspersky-nin dəyişməz mövqeyini əks etdirir – öz həllərini hazırlayarkən yalnız qabaqcıl texnologiyalara etibar etmək.

Kaspersky-nin Dubaydakı “Burc Xəlifə” üzərindəki LED şousu

Şirkət kibertəhlükəsizliyi tamamilə yeni səviyyəyə qaldırır. Bu, iki başlıca amil – uzaqgörən yanaşma və texnoloji liderlik sayəsində mümkün olur. 2022-ci ildə Kaspersky informasiya təhlükəsizliyi sahəsində yüksək mövqelərə sahib olmaqla öz liderliyini təsdiqləyir. Şirkətin sənayenin ən çox mükafatlandırılan təhlükəsizlik həlləri təminatçısı statusu 2013-cü ildən bəri dəyişilməz olaraq qalır.

Bu gün Kaspersky korporativ təhlükəsizlik bazarında ilk cığırı açan Kaspersky Symphony adlı qabaqcıl həllini təklif edir. Bu, etibarlı və adaptiv kibertəhlükəsizlik sisteminin qurulmasına inteqrasiya olunmuş yanaşmanı həyata keçirmək üçün lazım olan hər şeyə malik biznes həlləri xəttidir. Kaspersky Symphony birinci olmağa və təhlükəsiz gələcəyə addım atmağa çalışan şirkətlər üçün biznes kibertəhlükəsizliyinə vahid yanaşmadır. Kaspersky Symphony-nin əsasını mütəmadi olaraq və hər il müstəqil testlərdə qalib gələn, təhlilçilər və istifadəçilərdən yüksək qiymətlər alan iş yerlərinin mühafizəsi üzrə texnologiyalar təşkil edir.

“Kaspersky sənayenin lokomotividir: biz kibertəhlükəsizliyi sənətə çeviririk, prinsipcə yeni və güclü nələrsə yaradırıq. Bu gün dünya səviyyəli təhlükəsizlik həlləri portfeli ilə biz həm korporativ, həm də sənaye seqmentlərində vahid XDR təhlükəsizlik platformasını təqdim etmişik və inkişaf etdirməyə davam edirik. Buna əsaslanaraq, biz kiberimmun gələcəyi təmin etməyə və bütün ölçülərdə və yetkinlik səviyyələrində təşkilatların bütün rəqəmsal təhlükəsizlik ehtiyaclarına cavab verməyə qadir olan bir ekosistem yaradırıq. “Bürc Xəlifə”-dəki möhtəşəm nümayiş onu göstərir ki, biz bizneslər üçün görünməmiş müdafiə yaratmaq və gələcəyin kiberimmunizasiyası üçün innovativ ideyaları həyata keçirmək üçün durmadan çalışırıq”, – deyə Kaspersky-nin Korporativ Həllər şöbəsinin rəhbəri İvan Vassunov bildirib.Продукты

Kaspersky müntəzəm olaraq müstəqil sınaqlarda iştirak edir və ən yüksək reytinq və mükafatlara layiq görülür. 2021-ci ildə şirkətin həlləri 75 müstəqil sınaq və icmalda iştirak edib. Onlardan 57-də məhsullarımız birinci olub, 63-də isə ilk üçlükdə yer alıb.

Daha çox foto üçün linkə keçid edə bilərsiniz: https://box.kaspersky.com/d/342d1068ca7b405389db/.https://box.kaspersky.com/d/342d1068ca7b405389db/.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: