CinemaEvents

“Əli və Nino” filmi nümayiş olunacaq

Azərbaycan və əcnəbi kinematoqrafçıların istehsal etdiyi “Əli və Nino” filmi təqdim ediləcək.

Filmin eksklüziv nümayiş hüququnu “CinemaPlus” kinoteatrlar şəbəkəsi öz üzərinə götürüb. Ekran əsəri tezliklə kinoteatrda tamaşaçıların ixtiyarına veriləcək.

 

Qeyd edək ki, film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında ekranlaşdırılıb. Film müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edir. Ekran əsərinin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, “Oskar” mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.

 

“Əli və Nino”da əsas rolları – Əli xan Şirvanşiri rolunu Adəm Bəkri, Nino Kipiani isə Mariya Valverde ifa edir. Digər rollarda isə Mendi Patinkin, Konni Nilsen, Humayun İrşadi, Xalid Ərgənc, Fəxrəddin Manafov, Nigar Güləhmədova, Pərviz Qurbanov, Numan Acar, Dəniz Tacəddin, Xumar Səlimova, Cəmilə Tağızadə, Mehriban Zəki, Pərviz Məmmədrzayev, Tural Əhməd, Cövdət Şükürov, Bəhruz Vaqifoğlu çəkiliblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!