CinemaIdmanTəqdimatƏn Son

Əsrin döyüşü “CinemaPlus“-da

“CinemaPlus Azerbaijan” və “CinemaPlus Gənclik Mall” premium kinoteatrları 27 avqust səhər saat 07:30-da çoxdan gözlənilən “The money fight” döyüşü nümayiş etdirəcəklər.  Qarşıdurma amerikalı boksçu Floyd Meyvezer-kiçik ilə hazırkı UFC çempionu olan irlandiyalı Konor Makqreqor aralarında baş tutacaq.

Lakin heç bir aparıcı boks qurumları bu döyüşü rəsmi kimi təsdiq etmək niyyətində deyillər.

Tarixi döyüşün keçirilmə məkanı Las-Veqas olacaq

Hər bir döyüşçü döyüşə görə 100 milyon ABŞ dolları alacaq. Döyüş iştirakçılarının və təşkilatçıların ümümi gəliri isə təxmin 636 milyon dollar olacaq.

Money ləqəbli amerikalı döyüşçü Floyd Meyvezer-kiçik tarixdə ən çox qazanan boksçudur. O, bütün karyerası boyu 49 döyüş keçirib və hamısında qələbə qazanıb, 26 döyüşü isə – nokautla başa vurub. Sonuncu dəfə o, rinqə 2015-ci ildə çıxıb.  Boks karyerasını məhz Makqreqor ilə münasibətlərini aydınlaşdırmaq üçün 2017-ci ilin mart ayında bərpa etmək qərarına gəlib.

Konor Makqreqor Floyd Meyvezer-kiçikdən 11 yaş balacadır. Qarışıq döyüşlərdə 24 döyüş keçirib, onlardan 21-də qələbə qazanıb (18 nokautla), üçündə isə məğlub olub. O, UFC tarixində eyni zamanda müxtəlif çəki kateqoriyalarında ikiqat çempion olan ilk döyüşçüdür.

Tələsin, biletlərin sayı məhduddur!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.

Frame.az

http://%20https://www.youtube.com/watch?v=Cel5nyRwLGA

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!