EventsIdmanTəqdimatƏyləncə

​Red Bull Flick turnirinin qalibləri müəyyən olundu

2020-ci ilin 8-10 may tarixlərində ölkəmizdə ilk dəfə “Counter Strike: Global Offensive” oyunu üzrə Red Bull Flick turniri baş tutdu. Turnir iki ikiyə (2×2) formatında onlayn şəkildə keçirildi. Ümumilikdə qeydiyyatdan keçən 128 komandanın qatıldığı turnirin seçmə mərhələləri 8-9 may tarixlərində, final mərhələsi isə mayın 10-da təşkil olundu.

Kəskin mübarizə şəraitində keçən yarışmanın mükafat fondu 2000 AZN təşkil edir. Birinci yer və 1000 AZN pul mükafatına Əhməd Babayev və Bilas Muradovdan ibarət “MOntino Plus 1” komandası, ikinci yer və 700 AZN pul mükafatına Rüstəm Məmmədzadə və Tunar Abbasquludan ibarət olunan “BIGGABOO Crew” komandası və müvafiq olaraq üçüncü yer və 300 AZN pul mükafatına Tamerlan Əmirquliyev və Samir Əsgərov cütlüyünün “Karabah Horses” komandası layiq görüldü.

Frame.az xəbər verir ki, birinci yerin qaliblərindən olan 27 yaşlı Bilas Muradov bankçılıq sahəsində çalışır və hər axşam işdən sonra mütləq qaydada “Counter Strike: Global Offensive” oyununu oynayır. Onun komanda yoldaşı Əhməd Babayev isə mobil operatorun çağrı mərkəzində çalışır. Əhməd qeyd edir ki, əvvəllər o, dostları ilə birlikdə yalnız internet klublarda oynayırdı. Ancaq illər ötdükcə kiberidman inkişaf etməyə başladı və daha mütəşəkkil böyük platformalar yarandı.

Qeyd edək ki, Red Bull Flick turnirin mükafatçı siyahısına düşmüş iştirakçıları 19-27 yaş arasındadır. Onların arasında İT sahəsində çalışanlar, tələbələr və s. var. Onları birləşdirən ümumi cəhət odur ki, “CS:GO” oyununu hobbi deyil, əsl yarışma kimi qəbul edirlər və uğur qazanmaq üçün xeyli məşq edirlər. Sevimli məşğuliyyətin qazanc əldə etmək perspektivi isə onları daha da ruhlandırır. Oyunsevərlər onu da qeyd edirlər ki, “CS:GO” əsl strategiya oyunudur və məhz onun sayəsində onların məntiqi, analitik təfəkkürü xeyli inkişaf edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!